Menu
Geri İrəli

Sumqayıtlı yazıçının romanı Türkiyədə dərs vəsaiti oldu

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Mart 2014 • Baxış sayı: 456 dəfə • Şərh yoxdur

varisAzərbaycan yazıçısı Varisin ötən ilin oktyabrında İstanbulda nəşr olunan «Yetmiş yeddinci gün» romanı Türkiyənin Yozqat Bozok Dövlət Universitetində Türk dili və ədəbiyyatı fənnindən dərs vəsaiti kimi təsdiqlənərək tədris proqramına daxil edilib.

“Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, universitet rəsmisi Dr. Ebubekir Güngör də bu barədə açıqlama yayıb.

Xatırladaq ki, «Yetmiş yeddinci gün» romanı Azərbaycan tarixinin 1937-ci ildən başlayaraq yetmiş illik bir dövrünü əhatə etməklə yeniyetmələrlə böyüklər arasındakı ziddiyyətdən doğan ağrı-acını, xoşbəxtliyin daim yaxında – bir addımlıqda olması inamını bədii çalarlarla özündə əks etdirir.

Qeyd edək ki, bu günlərdə yazıçının Türkiyədə «Son məktub» adlanan sayca üçüncü romanı işıq üzü görəcək.

Virtualaz.org-un əlavəsi: Varis Yolçiyev 7 iyun 1966-cı ildə Sumqayıt şəhərində anadan olub. 1990-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1991-ci ildə “168 saat” qəzetinə baş redaktorluq, 1993-cü ildə “7 gün” qəzetinə redaktorluq edib. 1995-ci ildə Azərbaycan Dövlət Televiziyasının “Gecə kanalı” proqramının yaradıcılarından olub. 2004-cü ildə Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin “Azərbaycan” nəşriyyatına baş redaktor təyin edilib. 2007-ci ildə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də (AzTV) Dövri Nəşrlər və Sosioloji Araşdırmalar Departamentinin direktoru təyin edilib. O, həmçinin Azərbaycanda ilk “TV plyus” milli teleradio jurnalının baş redaktorudur. Azərbaycanda və xarici ölkə mətbuatlarında yüzlərlə məqaləsi çıxıb, 2001-2005-ci illərdə dalbadal 5 dəfə müxtəlif beynəlxalq qurumlar tərəfindən (“European Market Research Center”, “Editorial Ofice” və s.) media mükafatlarına layiq görülüb. Müxtəlif illərdə “Dan ulduzu” ali jurnalistika mükafatına, “İlin ən yaxşı redaktoru” adına layiq görülüb. On səkkiz kitabın (“Əsl insan haqqında”, “Azərbaycan prezidenti”, “Azərbaycan gəncliyi – Azərbaycanın gələcəyi” və s.) redaktoru olub. Xalq yazıçısı İsmayıl Şıxlının təqdimatı ilə ilk hekayələri “Ulduz” jurnalında dərc edilib. 90-cı illərdən başlayaraq isə onun ədəbi mətbuatda digər hekayələri (“Bir ovuc torpaq”, “Tənha yalquzağın nağılı”, “Əbədi məhəbbət dastanı”, “Səhər heç vaxt açılmayacaq”, “Sənə inanıram”, “Yol ayrıcında azıb qalanlar”) işıq üzü görüb. İlk bədii kitabı (“Sonuncu ölən ümidlərdir”) 2008-ci ilin noyabrında çap olunub. 2009-cu ildə yazıçının “Bir ovuc torpaq”, 2010-cu ildə “Sənə inanıram”, 2011-ci ildə “Yetmiş yeddinci gün” adlı növbəti kitabları işıq üzü görüb.

Virtualaz.org

Facebook Şərhləndirmə:

Şərhinizi yazın