Menu
Geri İrəli

Sumqayıtlı yazıçıya Beynəlxalq Yaşıl Yazıçı Pasportu təqdim edilib

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Noyabr 2015 • Baxış sayı: 474 dəfə • 1 şərh
Share Button

Yazıçı Varis Yolçuyevə noyabrın 21-də Böyük Britaniya, Almaniya, Fransa, Rusiya və Polşa həmsədrliyinə malik olan International Writers´Union (IWU) təsisatının Təmsilçilik Sertifikatı, habelə Beynəlxalq Yaşıl Yazıçı Pasportu təqdim edilib.

Rusiya həmsədrliyi tərəfindən həmsədrliyin rəhbəri, tanınmış yazıçı Aleksandr Qritsenkonun təqdim etdiyi sənədlər yazıçıya «həyata keçirdiyi vacib missiya nəzərə alınmaqla Avropanın dövlət və bələdiyyə idarələri ilə, beynəlxalq təşkilatları ilə maneəsiz əməkdaşlıq etmək, onlardan informasiya almaq, bir çox ölkələrdə muzey, sərgi, idman yarışları və digər kütləvi tədbirlərə ödənişsiz qatılmaq, ictimai nəqliyyatdan istifadədə, kitab nəşri və çapında güzəştlər əldə etmək» imkanı verəcək.

Qeyd edək ki, Varisin  «Yanvarın 13 günü» romanı IWU ilə Moskva hökumətinin birgə təsis etdikləri 2016-cı il Beynəlxalq Moskva Ədəbi Mükafatının 20 nəfərlik qısa siyahısına daxil olub.

Yazıçının «3+1» hekayələr toplusu 2016-cı il Adam Mitskeviç medalına (Polşa), «Avtoqraf» beynəlxalq almanaxına seçilən «İyirmi bir» hekayəsi isə Antuan de Sent-Ekzüperi adına diploma (Fransa) nominant elan olunub.

 

Facebook Şərhləndirmə:
Share Button

“Sumqayıtlı yazıçıya Beynəlxalq Yaşıl Yazıçı Pasportu təqdim edilib” yazısına bir cavab

  1. Rəna İmanova (Təbəssüm) deyir:

    Təbrik edir, yaradıcılıq yollarında yeni nailiyyətlər arzulayıram. Böyük dəyər verdiyim qələm sahibi oxucusunun rəğbətini qazanmağı bacarır. Bu yazarın ən yüksək mükafatıdır. Varis Yolçuyev ədəbiyyatımızda ad və iz qoyan yazarlardan biridir. Bu hər kəsə nəsib olmur. Varis layiq olduğu mükafatları ilə öz sevərlərini ruhlandırır. Xoş müjdələr sorağında onunla fəxr edir, qürur duyuram.

Şərhinizi yazın