Menu
Geri İrəli

Xalq şairinin ev-muzeyində yeni ekspozisiyalar

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Mart 2014 • Baxış sayı: 404 dəfə • Şərh yoxdur

29113

Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri, Xalq şairi Səməd Vurğunun ev-muzeyinin (T.Əliyarbəyov küçəsi, 6) yeni ekspozisiyasının açılış mərasimi keçirilir.

ANS PRESS-in məlumatına görə, Səməd Vurğunun ev-muzeyi 1975-ci ilin oktyabr ayında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə açılan ilk memorial muzeydir. Muzey şairin ömrünün son 2 ilini yaşadığı, gərgin yaradıcılıq fəaliyyəti ilə məşğul olduğu, fəal ictimai xadim kimi tanındığı evdə yerləşir.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən muzeydə təmir-bərpa və bədii tərtibat işləri həyata keçirilmişdir. Muzey 6 otaqdan ibarətdir. Şairin iş otağı, qonaq və yataq otaqları eynilə qorunub saxlanılır.

Ekspozisiyanın bir otağında şairin ailə üzvlərinin şəxsi əşyaları və fotoşəkilləri nümayiş olunur. Digər otaqlarda qurulmuş ekspozisiya isə S.Vurğunun həyatı, yaradıcılığı və ictimai fəaliyyətini əks etdirir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın