Menu
Geri İrəli

Xocalı faciəsinin 25 illiyi ilə əlaqədar silsilə tədbirlərə start verilib – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Fevral 2017 • Baxış sayı: 217 dəfə • Şərh yoxdur

1487661896_dsc_0002Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində Xocalı faciəsinin 25 illiyi ilə əlaqədar silsilə tədbirlərə start verilib.
Sumqayıt şəhərinin Tarixi Muzeyində tərtib olunan sərgidə Xocalıda törədilmiş qanlı hadisələri özündə əks etdirən fotoşəkillər, faciənin minlərlə qurbanlarından biri Mələk Əyyubovanın muzeyin fondunda mühafizə olunan şəxsi arxivindən materiallar, müxtəlif rus, ingilis və azərbaycan dillərində çap olunmuş jurnallar, təsviri incəsənət nümünələri nümayiş olunub.
S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsində də Xocalı faciəsinin qurbanları anılıb. Uşaq şöbəsində keçirilən xatirə gecəsi və poeziya dəqiqilərində oxuculara faciə haqqında geniş məlumat, “Xocalı qan yaddaşımızdır” adlı kitab sərgisindən biblioqrafik xülasə verilib. Daha sonra oxucuların ifasında faciəyə həsr olunmuş şeirlər dinlənilib.
Zəngilan rayon Tarix Diyarşünaslıq Muzeyində “Xocalının səsi” adlı rəsm əsərlərindən ibarət sərgi təşkil olunub.  Sərgidə Xocalı faciəsini əks etdirən rəsm əsərləri nümayiş olunub.
Zəngilan rayon nümayəndəliyinin baş məsləhətçisi Mehman Nəsirov sərgiyə qatılaraq faciə haqqında ətraflı məlumat verib, tariximizin qara səhifəsini kətana köçürən şagirdlərə təşəkkür edib.
Şuşa rayon nümayəndəliyinin Uşaq İncəsənət Məktəbində Xocalının mənzərələrini və müdhiş faciəni əks etdirən rəsm sərgisi təşkil olunub. Sərgidə İncəsənət məktəbi şagirdlərinin 25 sulu boya, qrafika, və estamp texnikasında işlənmiş rəsm əsərləri nümayiş olunub.
Simarə Dərgahovanın “Ana fəryadı”, Tamerlan Rzazadənin  “Xocalı faciəsi”, Aylan Bayramlının “Qan yaddaşı” və digər şagirdlərin əl işləri maraqla izlənilib.

Şuşa rayon nümayəndəliyinin baş məsləhətçisi Zahid Abbasov, Uşaq İncəsənət Məktəbinin direktoru Mirkamil Ağamirov, Dövlət Rəsm Qalereyasının  direktoru Rövşən Bayramov və digər qonaqlar sərgi ilə ilə yaxından tanış olublar.

Xocalı faciəsinin 25 illiyi ilə əlaqədar silsilə tədbirlərə start verilib - FOTOLAR

Xocalı faciəsinin 25 illiyi ilə əlaqədar silsilə tədbirlərə start verilib - FOTOLAR

Xocalı faciəsinin 25 illiyi ilə əlaqədar silsilə tədbirlərə start verilib - FOTOLAR

Facebook Şərhləndirmə:

Şərhinizi yazın