Menu
Geri İrəli

“Yaxın günlərdə Sumqayıt tamaşaçılarına təhvil verəcəm”

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Aprel 2015 • Baxış sayı: 455 dəfə • Şərh yoxdur

Mərahim Fərzəlibəyov: «Hər bir əsəri səhnələşdirdikdə müasir dövrü də nəzərə alırıq»

1546426_10151917703642teatr695_1351871192_nRamiz Novruz: «Heç bir teatrın repertuarında bütün tamaşalar şedevr olmur»

Son vaxtlar belə bir fikir meydana gəlib ki, çağdaş Azərbaycan teatrının adı var, özü yoxdur. Çünki teatr inkişaf etmir, əksinə, zəifləyir. Bu zəifləmə teatrların bazası, maddi-texniki təminatı ilə yanaşı, teatr korifeylərinin bir-bir səhnədən getməsində özünü göstərir. İnciyib gedənlər də var, dünyasını dəyişənlər də. Onların yerini də doldurmaq çətindir…

Tanınmış teatr rejissoru Mərahim Fərzəlibəyov “Üç nöqtə”yə bildirdi ki, çağdaş Azərbaycan teatrı inkişaf edir: “Tamaşa üçün dünya və Azərbaycan yazıçılarının əsərlərinə müraciət edirik. Eləcə də, müasir  yazıçıların da əsərlərini səhnələşdiririk. Hər bir əsəri səhnələşdirdikdə müasir dövrü nəzərə alırıq. Məsələn, Cəlil Məmmədquluzadənin “Ölülər” əsərini tamaşaya qoyanda bugünkü problemləri nəzərə alıb,  tamaşada qabartmışam. Yəni hər hansı bir klassik əsər səhnəyə qoyulursa deməli, müasirdir və müasir yanaşma var. Müasir olmayan klassika yoxdur. Qribayedovun “Ağıldan bəla” pyesi əsasında hazırlanan tamaşa teatrda 200 ildir hazırlanır. Çünki əsərin mövzusu müasirdir. Eləcə də, Cəlil Məmmədquluzadənin “Ölülər”i, “Dəli yığıncağı”, 50 ci illərdə Amerika dramaturqu Artur Millerin “Körpüdə mənzərə” əsəri əsasında hazırlanan tamaşalar həmişə müasirdir. O əsərdəki hadisələr miqrantlarla bağlıdır. Eləcə də ailə-məişət, cəmiyyət problemlərini əks etdirən dünya səviyyəsində olan əsərlərdir. Oxucular bilməlidirlər ki,  klassik əsərlər müasirdir və ona görə, o klassik əsərdir”.

Rejissor onu da qeyd etdi ki, tamaşanın uğurlu alınması üçün yaxşı əsərlə yanaşı, aktyor da  personajı özündə cəmləşdirməlldir: “Rejissor olaraq ilk növbədə düşünürəm ki, aktyor canlandırdığı obraz kimi olmalı, danışmalı və hərəkət etməyə çalışmalıdır. Bunlarla yanaşı, aktyor obrazının hissinə uyğun sarsıdıcı obraz yaratmalı və tamaşaçını obrazına inandırmalıdır. Tamaşaçı zalda deməldir ki, mən aktyora inandım. Məsələn, mənim quruluşumda hazırlanan İlyas Əfəndiyevin “Mənim günahım” əsəri əsasında hazırlanan tamaşada Məleykə Əsədova balerina kimi də iştirak etdi. Bilirik ki, Məleykə Əsədova səhnədə canlıdır və klassikası var. Yəni, onun bədən ölçüləri balerina kimi iştirak etməsinə imkan verir. Tamaşaçı bilir ki, Məleykə balerina deyil, amma obrazını elə göstərməlidir ki, tamaşçılar onu balerina kimi qəbul etsin. Məleykə Əsədova balet hərəkətlərini göstərə bilir və bu da tamaşaya təravət gətirir».

M.Fərzəlibəyovun sözlərinə görə, rejissor sənətinin peşəkarlığı onun quruluş verdiyi əsərlərdə gösrənir: “Ola bilər ki, hər il universitetdən 20 rejissor çıxsın, amma onun biri peşəkar fəaliyyət göstərməyə başalsın. Mənə elə gəlir ki, hazırda kifayət qədər gənc rejissor var və onlar öz bacarıqlarını göstərə bilirlər. Yəni, hər hansı bir teatrda çalışa bilərlər. Əgər gənc rejissorun istedadı varsa, ona teatrda səhnə qoymağa şərait yaradılmaldır. Yoxsa, o öz sənətinin necə göstərə biləcək? Çünki onun güzgüsü qoyduğu əsərdir. Bunlarla yanaşı, tamaşçıların teatra gəlişi yaxşıdır. “Ağa Məhəmməd Şah qacar”, “Əmir Teymur, “Qürbətdən gələn məktublar”, “Anamın kitabı”, “21:15 qatarı” və bir neçə tamaşaya tamaşaçı axını var. Tamaşaçılar teatrın repertuarına baxıb öz zövqlərinə uyğun tamaşalara gəlirlər.

Əgər tamaşaçı teatralnı tamaşaçıdırsa mütləq bütün tamaşalara gələcək. Teatrın əsas gələcəyi gənclərdir. İncəsənət Universietində yaxşı aktyorlar yetişir. Bu aktyorların simasında hər bir teatr iki-üç yaxşı aktyor qazanacaqsa, bu, Azrbyavcan milli teatrının gələcəyidir. Aktyor və rejissor kütləvi yetişir, amma onlar Tanrı tərəfindən də istedadlı olmalıdırlar ki, universitetdə o istedadı biliyə çevirsinlər. Universitetdə ancaq bilik alırlar, amma istedad onun canında olmalıdır».

Yaradacılığından danışan rejissor vurğuladı ki, İlyas Əfəndiyevin “Mənim günahım” əsəri əsasında hazırlanan tamaşaya quruluş verib: “Jan Anuyun Antiqona” əsərinin əssaında tamaşanın son məşqləri gedir. Yaxın günlərdə Sumqayıt tamaşaçılarına təhvil verəcəm. Musiqili Teatr üçün bir neçə proyektimiz var və o haqda Əliqsmət Lalayevlə layihə üzərində işləyirik”.

Xalq artisti Ramiz Novruz isə qeyd etdi ki, teatrda işlər teatrın inkişaf prespektivləri əsasında qoyulur və çağdaş Azərbaycan teatrı inkişafdadır: “Yaxşı aktyorlarımız var. Hərçənd ki, aktyora bilmirəm nə dərəcədə uyğundur yaşla bağlı teatrdan  işdən çıxarılması. Aktyor yaşlı ola bilər, əsas odur ki, köhnəlməsin, zamanından geri qalmasın. Bu barədə düşünmək lazımdır.

Mənim teatrda son vaxtlar görülən işlər xoşum gəlir. Teatrmızda uğurlu tamaşalarımız var və hətta tamaşaçılar var ki, 4-5 dəfə gəlib eyni tamaşaya baxırlar. Amma uğursuz tamaşalarımız da var. Teatrda eksperimentlər edirik. Hərçənd, deyirlər ki, teatrda ekperiment aparmaq olmaz. Amma teatr eksperiment üçündür. Eləcə də bizim teatrda kimlərisə işdən çıxarmaq, daha güclüləri, bacarıqlıları gətirmək yoxdur. Və aktyoru işdən çıxarmaq çox çətin işdir. Teatrın daxili hesabına onlarla tamaşa hazırlayırıq. 35-40 ilə yaxındır ki, bu teatrda işləyirəm, amma son beş ildə bu hallar baş verib. Həmişə elə bilirdim ki, teatrda teatr öz hesabına tamaşa qoya bilməz. Biz Qarabağ mövzusunda olan “Hələ sevirəm deməmişlər” tamaşasını qoyanda idarələrə gedib sponsor tapdıq. Amma indi bildim ki, teatrın öz imkanları hesabına bunu etmək olarmış. Keçən il doqquz tamaşa təhvil verdik. Teatrda iş gedir. Son illər teatrımız Gəncə Teatrı, Sumqayıt Teatrı, Gənc Tamaşaçılar Teatrı və Yuğ Teatrından istedadlı aktyorları dəvət eləmişik və çox da gözəl rollar oynayırlar. Kimsə deyirsə, teatr yoxdur, pis gündədir, bu, düzgün deyil və elə fikir sələndirən insanları teata dəvət etmişik, tamaşa hazırlayıblar. Eləcə də digər teatrlarda bizim aktyorlar oynayırlar

Teatrmızda studiya var və orada çox istedadlı gənclər yetişir.  Mən “Silindr” tamaşasına quruluş verəndə studiyanın gəcnlərindən istifadə etdim.Çünki çox bacarıqlı gənclər idilər. Məsələn, bizdə 40 yaşlı aktyorlar var ki, hələ də 17-20 yaşlı obrazları oynayırlar. Nə olar ki, istedadlı gəncləri universtetdən, Gəc Tamaşçılar Teatrından və başqa teatrlardan dəvət etsək? Təbii ki, tikinti olan yerdə toz-torpaq da olur. Aktyor eksprementə, axtarmağa, yeniliyə açıq olmalıdır. İstedadına güvənməyənlər, kənardan gələnləri qısqanclıqla qarşılamaq istəyirlər. Belə işlər gedir”.

Xalq artisti vurğuladı ki, əvvəllər Akademik Milli Dram Teatrı başqa ölkələrdə festivalda iştirak etməmişdi: “Yaltada Beynəlxalq Festivalda iştirak etdik və mükafat qazandıq. Bu bizə güvən gətirdi və bildik ki, heç də dünya aktyorlarından aşağı deyilik. Bununla, yanaşı bir çox ölkələrdə olduq.

Ümumiyyətlə, teatrmızda  heç vaxt tamaşaçı problemi də olmayıb. “Yaşlı xanımın gəlişi”, “Xanuma”, “Silindr”, “Ağa Məhəmməd Şah Qacar”, “Əmir Teymur” və başqa sevilən tamaşalarımız var. Heç bir teatrın repertuarında bütün tamaşalar şedevr olmur. Yaxşı tamaşalarla yanaşı, sıradan tamaşalar da olur. Teatr sahəsinə çox güclü gənclər gəlir. Bu yaxınlarda teatr festivalı keçirildi, orada çox parlaq gənclərimiz var idi. Düşündüm biz niyə deyirik ki, istedadlı gənclər azdı, yoxdur, amma var axı. Çox gözəl rejissor işləri də vardı”.

Rəqsanə, ucnoqta.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın