Menu
Geri İrəli

Yazıçıların “davası”na narazılardan CAVAB

Müəllif: sumqayitxeber.com • Tarix: 7 May 2014 • Baxış sayı: 542 dəfə • Şərh yoxdur

eyyub qiyas“Heç bir dava olmayıb”

Mətbuatda gedən məlumatlara görə, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Sumqayıt şöbəsində AYB-nin qurultayına nümayəndə seçilməsi məqsədi ilə keçirilən toplantıda dava düşüb. Yaşlı nümayəndələrin seçilməsinə etiraz edənlər AYB-nin Sumqayıt şöbəsinin sədri Sabir Sarvanın üzərinə hücum ediblər.

İclas zamanı narazılardan olan yazıçı Əyyub Qiyas Teleqraf.com-a açıqlamasında dava ilə bağlı xəbərlərin doğru olmadığını dedi: “İclasda mən də iştirak etmişəm. Orada heç bir dava olmadı. Sadəcə bir-iki nəfər, o cümlədən biri də mən olmaqla siyahı haqqında fikir dedik. Bu da normal bir şeydir. Amma siyahı səs çoxluğu ilə qəbul edilib. Səs çoxluğu isə məsələnin qapanmağı deməkdir”.   Səsvermə zamanı siyahının əleyhinə olanlardan biri də Sabir Yusifoğludur. O, Teleqraf.com-a açıqlamasında heç bir davanın olmadığını dedi: “İclasda iştirak etmişəm. Əsas narazılıq qurultayda daha gənc nəslin nümayəndələrinin iştirak etməsi ilə bağlı olub. Ancaq siyahıda daha çox yaşlılar idi. Bizim etirazımız buna idi. Buna görə də mədəni şəkildə etirazımızı bildirdik. Ancaq heç bir dava olmayıb. Axı bizim hamımız əli qələm tutan adamlarıq. Necə dava edə bilərik?”

Rövşən

Facebook Şərhləndirmə:

Şərhinizi yazın