Menu
Geri İrəli

Sumqayıtda Baba Vəziroğlunun yaradıcılıq gecəsi keçirildi -FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Noyabr 2016 • Baxış sayı: 300 dəfə • Şərh yoxdur
baba3Bu gün Sumqayıt Dövlət Universitetində tanınmış şair, nasir, tərcüməçi, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Humay” mükafatı laureatı, Əməkdar İncəsənət xadimi Baba Vəziroğlunun yaradıcılıq gecəsi keçirilib.
Bu münasibətlə təşkil olunan tədbiri giriş sözü ilə açan universitetin rektoru professor Elxan Hüseynov belə görüşlərin keçirilməsinin vacib olduğunu bildirərək qonaqları salamlayıb. Qeyd etdi ki, belə görüşlər ədəbi mühitin inkişafına, gənclərin şeirə, bədii ədəbiyyata marağının artırılmasına, mütaliə mədəniyyətinin yüksəlməsinə, dünyagörüşlərinin əhatəli olmasına və yazıçılarla oxucuların ünsiyyətinin daha da sıxlaşmasına xidmət edir. Rektor onu da qeyd etdi ki, Baba Vəziroğlu özünəməxsus yaradıcılıq üslubuna, dəst-xəttə malik bir qələm sahibidir. Oxucular onun əsərlərini həvəslə, maraqla oxuyurlar. Onun poeziyasında vətənə, xalqa, torpağa bağlılıq, sevgi – məhəbbət, saf, təmiz hisslər üstünlük təşkil edir. O, xüsusilə mahnı yaradıcılığı sahəsində səmərəli fəaliyyət göstərir.
Bədii gecədə şairin sənət dostu, xalq artisti, tanınmış bəstəkar Faiq Sücəddinov, Respublikanın Əməkdər İncəsənət Xadimi Şeyx Əbdül Mahmudbəyov, meyxanaçı Namiq Məna iştirak edərək şair haqqında ürək sözlərini bölüşdülər və onun yaradıcılığına uğurlar arzulayıblar.
Sonra şairin həyatından bəhs edən videoçarx nümayiş etdirildi.
Poeziya həvəskarları ilə görüşdə Baba Vəziroğlunun şeirlərinə bəstələnmiş mahnıların Faiq Sücəddinov tərəfindən ifası görüş iştirakçılarının marağına səbəb olub. Tələbələrimiz B.Vəziroğlunun şeirlərini səsləndirdilər, onun sözlərinə yazılmış mahnıları oxudular.
Tədbirin sonunda şair oxucuların suallarını cavablandırıb. Baba Vəziroğlu tədbirin keçirilməsində başda universitetin rektoru professor Elxan Hüseynov olmaqla əziyyəti olan hər kəsə öz dərin təşəkkürünü bildirib.

Sumqayıtda Baba Vəziroğlunun yaradıcılıq gecəsi keçirildi -FOTOLAR

Sumqayıtda Baba Vəziroğlunun yaradıcılıq gecəsi keçirildi -FOTOLAR

Sumqayıtda Baba Vəziroğlunun yaradıcılıq gecəsi keçirildi -FOTOLAR

Sumqayıtda Baba Vəziroğlunun yaradıcılıq gecəsi keçirildi -FOTOLAR

Facebook Şərhləndirmə:

Şərhinizi yazın