Menu
Geri İrəli

Sumqayıtın 67-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir -FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Noyabr 2016 • Baxış sayı: 285 dəfə • Şərh yoxdur

Sumqayıt Şəhərinin 67-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir
Sumqayıtın Tarixi Muzeyinin mühazirə zalında şəhərin 67-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirə 3 saylı orta məktəbin VI sinif şagirdləri qatılıblar.
Şagirdlərə Sumqayıtın yaranma tarixinin inkişaf mərhələləri və müasir dövrünü əhatə edən mühazirə oxunub, şəhərin tarixi ilə bağlı 1930-cu illərdən başlayaraq ən nadir fotoşəkillər əyani vəsait kimi təqdim olunub, Ə. Cəmilin “Təməl daşları” şeiri (Sumqayıta həsr olunmuş ilk şeir) ifa edilib.
Sonda məktəblilər Sumqayıtın tarixini özündə əks etdirən daimi ekspozisiya ilə yaxından tanış olublar.
Digər tədbir isə Sumqayıt Texniki Kollecində təşkil olunub. Tədbirdə muzey əməkdaşları tərəfindən  “Əfsanədən doğulmuş şəhər” adlı mühazirə oxunub.

Sumqayıtın 67-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir -FOTO

Sumqayıtın 67-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir -FOTO

Sumqayıtın 67-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir -FOTO

Sumqayıtın 67-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir -FOTO

Facebook Şərhləndirmə:

Şərhinizi yazın