Menu
Geri İrəli

Zakir Fərəcov Sumqayıt teatrının aktyorları ilə görüşdü – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Noyabr 2016 • Baxış sayı: 794 dəfə • Şərh yoxdur

 Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt Dövlət Dram Teatrının bir qrup əməkdaşı ilə görüşüb.

Zakir Fərəcov ölkə rəhbərliyinin xüsusi diqqəti və qayğısı nəticəsində qısa vaxt ərzində Sumqayıt şəhərində həyata keçirilən abadlıq-quruculuq işləri, sosial infrastruktur layihələri, o cümlədən mədəniyyət sahəsinin inkişafı istiqamətində görülən işlər, təşkil edilən tədbirlər haqqında görüş iştirakçılarına məlumat verib.

Qeyd olunub ki, son dövrlər Sumqayıt şəhərində həyata keçirilən layihələrin əksəriyyəti, Heydər Əliyev Mərkəzi, Musiqi Məktəbi, Poeziya Evi, eləcə də Sumqayıt Dövlət Dram Teatrının əsaslı təmir olunaraq istifadəyə verilməsi məhz şəhərin mədəni həyatını canlandırmağa hesablanıb.

Şəhər rəhbəri qeyd edib ki, gələcəkdə mərhələli şəkildə yeni kinoteatrlar, mədəniyyət ocaqları, musiqi məktəbləri tikilərək şəhər sakinlərinin istifadəsinə veriləcək.

Daha sonra icra başçısı Sumqayıt Dövlət Dram Teatrında 48-ci mövsümün açılışı zamanı təqdim olunan tamaşa barədə təəssüratlarını bölüşüb.

Sumqayıt Dövlət Dram Teatrının əməkdaşları çıxış edərək son dövrlər Sumqayıt şəhərində mədəniyyət sahəsinə göstərilən diqqət və qayğıya, yaradılmış yüksək şəraitə görə   minnətdarlıqlarını ifadə ediblər.

dsc_0026

dsc_0006 dsc_0012-1
dsc_0021
dsc_0036-1 dsc_0070 dsc_0076-2

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın