MƏŞHURLARIN QİYAMƏT GÜNÜ TƏDARÜKÜ

703
Qiyamət qorxusu bütün dünyanı təlaşa salıb. Hətta dünyanın inkişaf etmiş ölkələrinin sakinləri belə bu qorxu altında Dalay Lamanın nişan verdiyi – yəni Qiyamət günündən «salamat qurtaracaq» ünvanlara – Türkiyədəki və Fransadakı kəndlərə axışmaqdadır. Bildirək ki, hətta dünyanın məşhur simaları, iş adamları belə Türkiyənin Şirincə kəndinə axışmaqdadır.Məsələn, verilən xəbərlərdən aydın olur ki, Cenifer Lopez, Ancelina Coli və Brad Pit sabah İzmirin Şirincə kəndinə gələcək. Onlar “Qiamət günü”nü orda qarşılamaq niyyətindədirlər.Türkiyə KİV-i Lərzan Mutlu və Sibel Canın da sabahdan bu kənddə olacağını yazırlar. Məlumata görə, guya dekabrın 21-də qiyamət qopacağı halda, İzmirin Şirincə qəsəbəsi salamat qalacaq.

DİA.AZ-a hökumət içindəki mənbələrdən daxil olan informasiyalardan aydın olur ki, Qiyamət Günü vahiməsi məmurlarımıza da əməlli-başlı hakim kəsilib. Hətta İzmirin Şirincə kəndinə sığına bilməsi üçün pul xərcləyən bir nazirin adı da çəkilir. Bu barədə danışan mənbəmiz bildirdi ki, bundan əlavə Azərbaycandan olan 14 ailə artıq Şirincə kəndinə sığınıb:

«Onların bəziləri məmur ailələri olsalar da, bəziləri imkanlı şəxslərin, sahibkarların ailələridir». Maraqlıdır ki, ailə üzvlərini Şirincəyə göndərən məmurlarımız və iş adamları özləri ora getməyi düşünmürlər…

dia.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Cenab Allahyarli
    Dekabr 17, 2012 - 23:03

    BOW WEYDI.ALLAHDAN BAWQA HEC KIM NEYISE VE TARIXI DEQIQ DEYE BILMEZ…..ALLAH BOYUKDUR…..

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər