MAHAL İSMAYILOĞLUNUN İŞİNƏ SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİNDƏ BAXILACAQ

894

LOĞLUNUN İŞİNƏ SUMQAYIT APEL“Xalq qəzeti”nin keçmiş baş redaktoru Mahal İsmayıloğluna Abşeron Rayon Məhkəməsinin çıxardığı hökmdən apellyasiya şikayəti verilib. Jurnalistin vəkili Elçin Sadıqov “Media forum” saytına açıqlamasında bildirib ki, şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılacaq.

İyulun 1-də rayon məhkəməsi jurnalistə 2 il müddətə şərti cəza kəsib. Məhkəmə hökmündə nəzərdə tutulan 2 il şərti cəza müddətində ona ölkədən çıxmaq qadağan edilib. Hökmün icrası Binəqədi Rayon Məhkəmə Qərarlarının İcrasına Nəzarət İdarəsinə həvalə olunub. Jurnalist ayda bir dəfə gedib həmin idarədə ölkədə olduğuna dair sənədə imza atmalıdır.

M.İsmayıloğlu ötən ilin yayında bağ qonşusu, polis zabiti Vahid İmanovun qulluqçusu Nəsibə Səfərovanın şikayəti üzrə istintaqa cəlb olunmuşdu. N.Səfərova Abşeron Rayon Polis Şöbəsinə ünvanladığı şikayət ərizəsində jurnalistin iyunun 21-də onu təhqir edərək döydüyünü yazmışdı. İş Cinayət Məcəlləsinin silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq maddəsiylə araşdırılıb.

«Media forum»

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər