Məhəllədaxili yollar, məktəblərin idman meydançaları və dam örtükləri

868

Sumqayıtda görülən təmir-tikinti işlərindən məlumatlı olduğunuz barədə şübhəmiz yoxdur. Bu, bəzi sakinlər üçün sevindirici olsa da, bəzi sumqayıtlılar, xüsusən də obyektləri sökülənlər üçün heç də rəğbətlə qarşılanası bir şey deyil. Lakin bu dəfə hansısa obyekt söküntüsündən danışmayacağıq. Mövzumuz Sumqayıtın kiçik problemləri barədədir. Bu sayımızdan etibarən təqdim etdiyimiz “3 problem” rubrikamızda hər dəfə şəhərimizin 3 problemini diqqətinizə çatdıracağıq.

* Sumqayıtın həll oluması vacib olan problemlərindən biri məhəllədaxili yolların təmiri və işıqlandırma sisteminin təşkilidir. Vəziyyəti öyrənmək üçün şəhərimizdə kiçik bir ekskursiyaya çıxdıq.

8-ci mikrorayonda “Qoşa qardaş bulağı”ndan başlayaraq mikrorayonun axırına kimi səkilər bərbad vəziyyətdədir. Asfalt dağılmış, bardürlər torpağa batmışdı. Sözügedən ərazidəki vəziyyət əvvəlki icra başçısının rəhbərliyi dövründə də təsvir olunan şəkildə idi.  İşıq dirəklərindən isə söhbət etməyə belə dəyməz. Onlardan bəziləri yarasız hala düşüb, tək-tük dirəklərdə isə işıq yanır. Günbatandan sonra həyətlərdə demək olar ki, ağı-qaradan seçmək olmur. Nəzərinizə çatdıraq ki, 10, 11, 12-ci mikrorayonlarda, 41, 42-ci məhəllələrdə də eyni xoşagəlməz durum mövcuddur. Bu durumdan xüsusən qadın sakinlər narazıdır. 42-ci məhəllə sakini Səadət Həsənovanın söylədikləri: “ Mən Bakıda işləyirəm. Demək olar ki, hər gün evə 10-da gəlib çatıram. Qışda işdən gələndə hava qaranlıq olur. İnanın qorxa-qorxa bloka qədər gəlib çata bilirəm”. S.Həsənova bloklara işıq çəkilməsində razı qaldığını bildirərək qeyd etdi ki, bu təqdirəlayiq haldır. “Bloklar qaranlıq olanda narkomanlar yığılardı. İndi isə şükür bloklar işıqlıdır deyə, çox da gəlmirlər”.

* Şəhər məktəblərinin idman meydançaları da baxımsız vəziyyətdədir. Stadionlarda qazonu tikanlı kol-kos əvəzləyib, halbuki, yaxın keçmişdə – sovetlər dönəmində bu meydançalara qum tökülərdi. Bu cür stadionlarda futbol oynamaq nəinki məktəblilərimiz üçün, hətta yaşlı adamlar üçün də təhlükəlidir. Burada konkret hansısa məktəbin adını çəkməyə ehtiyac yoxdur. Bu vəziyyət bütün məktəblərə şamil edilir. İdman qurğularının vəziyyəti də ürəkaçan deyil. Onlardan bəziləri metal oğruları tərəfindən kəsilərək satılıb, bəziləri isə istifadəsi mümkünsüz hala düşüb. 12-ci mikrorayonda yerləşən hər iki məktəbin ətrafı demək olar ki, Qaraqum səhrasını xatırladır. Mikrorayon sakini Mahir Vələdov da yaşadığı ərazidə normal futbol stadionun olmamasından narazıdır: “Uşaqlar oynamağa yer tapa bilmirlər. Həyətlərdə maşınların əlindən nəinki hansısa oyun oynamağa, heç oturmağa da yer yoxdur. Mikrorayondakı məktəblərin stadionları təmir olunsa, orada yarışlar keçirilsə, əla olar. Həm uşaqlar sağlam böyüyərlər, həm də zərərli vərdişlərdən uzaq olarlar, vaxtlarını idmana sərf edərlər”.

* Növbəti problem dam örtüklərinin yararsız durumda olmasıdır. Məlumdur ki,  ötən əsrin 70-80-ci illərində tikilən əksər yaşayış binalarının damları qır örtüklərlə, yaxud tol ilə bağlanıb. Bu cür tikinti materiallarının isə istiyə davamı azdır, yəni onlar istidə yarıərimiş vəziyyətə düşür. Nəticədə damlarda çatlar əmələ gəlir ki, bu yuxarı mərtəbələrdə yaşayanlar üçün problem yaradır. Xatırlayırsınızsa, sovetlər dönəmində binaların damları təmir olunurdu, qırlanırdı. Bu, hardasa sakinlərin problemlərini azaldırdı. İndi isə sonuncu mərtəbədəki sakinlər çözüm yolunu yaşadıqları mənzillərin üzərinə düşən dam hissəsini yalnız özləri xərc çəkməkdə görürlər. Bu isə heç də ucuz başa gəlməyən təmirdir. 9-cu mikrorayonda yaşayan və yaşadığı binanın damını yenicə təmir etdirən Kamal Məmmədov bunun üçün xeyli xərcə düşdüyünü bildirdi: “Evimin üstünü örtmək üçün 1700 manat xərcləməli oldum. Amma yenə xeyri olmadı. Çünki qonşumun evinin üstü tolla örtülüb. Yağış yağanda tolun arası ilə keçən bütün su mənim də divarlarıma sızır. Onu qınamıram böyük ailədir, təmirə gücü çatmır. İmkan olsa, köməklik edib birtəhər təmir etdirəcəm oranı da. Neyləyim, başqa çarəm yoxdur”.

Göründüyü kimi, ölkənin 3-cü böyük şəhərinin 3 xırda problemindən bəhs etdik bu dəfə. Sizlər daha hansı problemləri bilirsinizsə, bizə yaza bilərsiniz.

Elvin, “168 saat”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • vuqar
    Sentyabr 2, 2011 - 15:26

    cox sag olun amma sumqayitin problemi coxdu 3 yox belke de 3 min her gelen sokur yaziq bu kasib sumqayitlilar.Bir de yuxarida xanim qeyd etdiki bloklarda isiq ancaq bizim bloklar isiqsizdi ozde 9 mertebe lift olmayanda gel cixda,kimin imkani var evinden cekib lazim olanda yandirir

  • vuqar
    Sentyabr 2, 2011 - 15:29

    Yadimdan cixdi yuxaridaki sekili bezeyen binalardan biridi bizim bina parkla mehkemeyle uzbeuz

  • sumqayitli
    Sentyabr 11, 2011 - 15:23

    NIYE BERBAD VEZIYYETDE TIKILEN MEKTEB FORMALARININDAN HEC KIM DANISHMIR ???
    BU GUN SUMQAYITDA O FORMALARIN TEMIRINDEN IMKANI OLANLAR ISE YENISINI (HEMIN FORMALARA OXSATMAQLA) SIFARISH ETDIKLERINDEN DERZI ATELYELERINDE “BASH QASHIMAGA” VAXT YOXDU. HELE FORMA ALARKEN MAGAZA QARSHISINDAKI NOVBELER….. SATICININ CAMAATLA KOBUD REFTARI SANKI HAVAYI VE GOZEL BIR KOSTYUM HEDIYYE EDIRMISHLER KIMI…
    YENI SHEHERDE SOKUNTU-TIKINTI VARSA DIGER ISHLER BELE OLMALIDI??

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər