Məhkəmə Sumqayıtda TV açmağa imkan vermədi

982

Iyunun 29-da 1 saylı Bakı Iqtisad Məhkəməsində hakim Müseyib Bayramovun sədrliyi ilə keçirilən prosesdə Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi Ictimai Birliyinin Milli Televiziya və Radio Şurasına qarşı iddia üzrə qətnamə çıxarılıb.
Prosesdə iddiaçı qismində çıxış edən ictimai birliyin prezidenti Elçin Məmməd Sumqayıt şəhərində yeni telekanalın açılması üçün Milli Teleradio Şurasının tezlik ayırmamasının qanunsuz sayılması və tezliyin verilməsi barədə qərar çıxarılmasını istəyib.
E.Məmməd hazırda Sumqayıtda yalnız bir telekanalın fəaliyyət göstərdiyini deyib və bildirib ki, bu, yarım milyona yaxın əhalisi olan bir şəhər üçün xeyli aşağı göstəricidir. O, Sumqayıt əhalisinin minimum ehtiyac meyarının öyrənilərək yeni telekanalın açılması üçün 5 min nəfərə yaxın sakinin imzasının toplandığını vurğulayıb.
MTRŞ-in nümayəndəsi Toğrul Məmmədov iddianı əsasız hesab edərək Sumqayıt şəhərində bir yerli telekanalın fəaliyyət göstərdiyini, ölkə üzrə yayılan telekanalların və 11 kabel televiziyasının Sumqayıt ərazisində yayımlandığı üçün yeni telekanalın açılmasına ehtiyac olmadığını deyib.
Məhkəmə Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi Ictimai Birliyinin iddiasını təmin etməyib.
E.Məmməd hüquqi mübarizəni davam etdirmək əzmində olduqlarını və apellyasiya şikayəti verəcəklərini deyib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər