Məktəblilər mükafatlandırıldı

941

Sumqayıtın Olimpiya kompleksində azyaşlı məktəblilərin futbol üzrə şəhər turniri keçirilmişdir

«AccessBank»ın sponsorluğu və «Sumqayıt» Futbol Klubunun təşkilatçılığı ilə azyaşlı məktəblilər arasında keçirilən «AccessBank» məktəbli turnirinə yekun vurulmuşdur.

Uşaqlar arasında idmanın kütləviliyinin artırılması məqsədilə dekabrın əvvəlindən başlayaraq şəhərin 40-dan artıq məktəbinin gənc futbolçuları arasında iki yaş qrupu üzrə keçirilən  turnirdə 500-dən artıq məktəbli iştirak etmişdir.

Sumqayıtın Olimpiya kompleksinin futbol meydançasında qarşılaşan gənc futbol¬çuların final yarışları gərgin idman mübarizəsi və coşqun rəqabət şəraitində keçmişdir. Yuxarı yaş qrupu üzrə final görüşündə şəhərin 14 saylı, aşağı yaş qrupu üzrə isə 37 saylı orta məktəbin futbol komandaları Sumqayıt məktəbliləri arasında ən güclü olduq¬larını sübut etmişlər.

Qalib komandalar münsiflər heyəti, o cümlədən «Azərikimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev, «Sumqayıt» Futbol Klubunun prezidenti Kamran Quliyev və «AccessBank»ın «Sülh» filialının sədri Emil Ağalarov tərəfindən xüsusi kuboklar, fəxri-fərmanlar və medallarla təltif edilmişlər.

 

 

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər