Məşhur din xadimindən yadplanetlilərlə bağlı ŞOK REAKSİYA: Onların cin olması…

1089

Türkiyənin din xadimi, professor Nihad Hatipoğlu cinlərlə bağlı suala maraqlı reaksiya verib.

Publika.az xəbər verir ki, professor “cin deyə bildiyimiz formalar əslində yadplanetlilər ola bilərmi” sualına “Allah bilir” cavabını verib.

“Mələklər, ruh necə varsa, cinlər də, şeytanlar da var. Hamısını qəbul edirik. Yadplanetlilərin cin olmasını isə Allah bilir. Buradan başqa bir həyat ola bilərmi? Bəli, ola bilər. Cinlərin ayrı bir planeti ola bilərmi? Cinlər bizimlə birlikdə də mövcuddurlar. Dünyamızda da yaşayırlar. Digər məkanlara gedə bilmək, qaça bilmək istedadına sahibdirlər. Keçmişdən vəhy oğurlamaq istəyən bəzi şeytanların odda yandırılmasını “Qurani-Kərim” xəbər verir. “Qurani-Kərim”in yerə enməsindən sonra Allahın mələklərə bildirdiyi əmrləri cinlərin və ya şeytanların oğurlamasına icazə verilmədiyi ifadə edilir. Bu mövzuda konkret nəsə demək doğru deyil”, – professor qeyd edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər