Messi Ronaldunu geridə qoydu

1184

“Barselona” klubunun hücumçusu Lionel Messi Çempionlar Liqasında qeydə alınan het-triklərin sayına görə rekordu təzələyib.

Oxu.Az xəbər verir ki, bununla bağlı “Marca” nəşri məlumat yayıb.

Forvard qrup mərhələsi çərçivəsində Hollandiyanın PSV klubuna qarşı keçirilən qarşılaşmada üç dəfə fərqlənə bilib. Bununla, Messi “Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldunun rekordunu yeniləyib. Ronaldu Çempionlar Liqasında keçirdiyi oyunlarda yeddi dəfə het-trikə imza atmışdı.

Portuqaliyalı bu gün Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Yuventus” – “Valensiya” oyununda meydana çıxacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər