Mətanət Zeynalova: “Bələdiyyə seçkilərində üzvlərin 26 % qadın üzvlərindən ibarət olması təqdirə layiqdir”

949

1213878584_exzit-pol“Bzim şəhər”Sumqayıt Sosial İnkişaf Mərkəzinin sədri Mətanət Zeynalova Acıq Cəmiyyət İnstitutu –Yardım Fondunun maliyyə dəstəyi ilə “Sumqayıt şəhər bələdiyyəsinin keçirilməsində qadın seçicilərin hüququ maarifləndirilməsi” layihəsi çərçivəsində görülmüş işlər və bələdiyyə seçkiləri ilə bağlı “sumqayitxeber.com” saytına açıqlama verib.
M. Zeynalova bələdiyyə seçkilərində qadın üzvlərin sayının artmasını müsbət bir hal kimi qiymətləndirib: “yeni seçilmiş bələdiyyə üzvlərinin siyahısına nəzər salsaq ,19 nəfər üzvüdən 5 nəfərin qadın üzv seçilməsi yaxşı nəticə kimi sayıla bilər. Sumqayıt şəhəri bələdiyyə seçkilərinin əvvəlki 1999-cu il seçkisində -1 nəfər qadın üzv, 2004-cü ildə -3 nəfər qadın üzv seçilməsini nəzərə alsaq , 2009-cu il bələdiyyə seçkilərində üzvlərin 26 % qadın üzvlərindən ibarət olması təqdirə layiqdir.”
Mətanət Zeynalova həyata keçirdikləri layihə çərçivəsində Sumqayıt şəhər bələdiyyəsinin 5 məhəllə komitəsində qadın seçicilərlə görüşlər keçirdiklərini qeyd edib: “Həmin görüşlərdə qadınların bələdiyyə işlərində akriv iştirak etmələri hiss olunurdu. Qadınlar yaşadıqları məhəllələrin sosial., məişət problemlərini sadalamaqla bərabər, onların həlli yollarını göstərirdilər.Görüşlərdə fəal və aktiv qadınların müstəqil namizəd kimi irəli sürülməsi də faktını qeyd etmək olar. Qadınların seçkilərdə iştirakının problemli məsələlərdən olduğu bəllidir. Bütün dünyada səs verənlərin gender baxımından statistikası aparılır.Ancaq bu sahədə MSK tərəfindən bir iş görülməyib.Bu səbəbdən də bələdiyyə seçkilərində qadın seçicilərin nə qədər fəal olduğunu qeyd etmək olmaz.”

23 dekabr 2009-cu il Sumqayıt şəhər bələdiyyəsi üzrə seçilən 5 nəfər qadın üzvülərin aktivliyinə gəldikdə isə M. Zeynalova qeyd edib ki, seçilən qadın namizədlər Sumqayıt şəhərində seçilən və aktiv qadınlardır: “Mərkəzimiz Sumqayıt şəhər bələdiyyəsində qadın üzvülərinin artmasını müsbət hal kimi qiymətləndirir.Ümüd etmək istərdik ki, qadın üzvülərin səyləri nəticəsində şəhərin sosial, məişət və digər problemləri öz həllini tapacaqdır.”
Qeyd edək ki, 23 dekabr 2009-cu il Sumqayıt şəhər bələdiyyəsi üzrə keçirilən seçkilərdə şəhər uşaq xəstəxanasının baş həkimi Pərvanə Səfərova, 18 saylı orta məktəbini direktoru Leyla Abdullayeva, şahmat üzrə idmançı Zeynəb Məmmədyarova, Sumqayıt Dövlət Texniki Kollecinin direktoru Mətanət Pirquliyeva, “İrəli” ictimai birliyinin üzvü Nilufər Məsimova seçilmişdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər