Mikayıl Cabbarov Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək

1893

Vergilər naziri Mikayıl Cabbarov 27 avqust 2018-ci il tarixində saat 11:00-də Sumqayıt şəhərində 2 saylı Ərazi Vergilər Departamentinin inzibati binasında (Ünvan: Sumqayıt şəhəri, 44-cü məhəllə, İ.Quliyev küçəsi 2) mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Sumqayıt şəhəri, Abşeron, Xızı, Siyəzən, Qubadlı, Şuşa və Zəngilan rayon sakinlərini qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 21-24 avqust 2018-ci il tarixlərində Sumqayıt şəhərində 2 saylı Ərazi Vergilər Departamentinə, Sumqayıt və Xırdalan şəhərlərində, habelə Xızı və Siyəzən rayonlarında vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər