Mikayıl Cabbarov Sumqayıta gəldi: 50- dək vətəndaşın müraciətinə baxıldı – VİDEO + FOTO

678

Təhsil naziri Mikayıl Cabbarov növbəti vətəndaş qəbulunu sentyabrın 30-da Sumqayıt şəhərində keçirib.
Nazir Mikayıl Cabbarov şəhərdəki Heydər Əliyev Mərkəzində Abşeron, Qubadlı, Zəngilan, Kəlbəcər və Sumqayıt sakinlərini qəbul edib.
sumqayitxeber.com xəbər verir ki, müvafiq şəhər və rayonların təhsil şöbələri müdirlərinin, həmçinin nazirliyin digər əlaqədar struktur rəhbərlərinin də qatıldıqları qəbulda, ümumilikdə, 50-dək vətəndaşın müraciətinə baxılıb.
Əvvəlcə nazir Mikayıl Cabbarov və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər güllər düzüblər.
Mərkəzin konfrans zalında keçirilən qəbulda iştirak edən vətəndaşların müraciətləri əsasən tələbələrin ali və orta ixtisas məktəbindən digərinə köçürülməsi, müəllim yerdəyişmələri, işlə təminat, ali təhsil müəssisələrində ödəniş problemləri və s. məsələlərlə bağlı olub.
Nazir qəbula gələn hər bir vətəndaşı fərdi dinləyib, bir çox müraciətlər yerindəcə həllini tapıb. Bir sıra məsələlərlə əlaqədar nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib, bəziləri isə araşdırılması məqsədilə nəzarətə götürülüb. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alınıb.

Qəbula gələnlər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razı qaldıqlarını söyləyib, yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər