Millət vəkili : “Hökümət Sumqayıtdakı yataqxanalarla bağlı düşünməlidir”

555

“Elm üçün nəzərdə tutulan xərclərin artması, eləcə də keçən illə müqayisədə 12,5 faiz artması müsbət addımdır”.

AzVision.az xəbər verir ki, bu sözləri parlamentdə 2014-cü ilin nüdcə layihəsinin müzakirəsi zamanı millət vəkili, Elm və təhsil komitəsinin üzvi Musa Qasımlı deyib. O, bildirib ki, büdcədə elm təyinatlı infrasturukturların yaradılmasına vəsaitin ayrılması da önəmlidir:

“Amma əgər bizim elmimizə sağlam rəqabət gəlməsə büdcədən nə qədər vəsait ayrılsa, elm inkişaf etməyəcək. Bunun üçün qabaqcıl ölkələrin təcrübəsindən yararlanmalı idi. Bu büdcədə nəzərə alınmalı idi. Təhsilə ayrılan xərclərin artırılması müsbətdir. İstedadlı gənclər üçün vəsaitin ayrılması dövlətin istedadlı olan gənclərə qayğısının nəticəsidir. ən ucqar dağ kəndlərində ən müasir avadanlıqlarla məktəblər tikir. Hörmətli tyəhsil nazirimiz təhsilimizə keyfiyyətin gəlməsini düşünməlidir və bu məsələ ciddi nəzərə alınmalıdır. Büdcədə istərdim ki, universitetlərimiz kompus sisteminə keçmələri nəzərə alınsın, xaricdəki kimi. Büdcədə bu məsələlərdə nəzərə alınmalı idi”.

Yataqxana problemləri ilə bağlı danışan millət vəkili bildirib ki, Sumqayıtda çoxlu yataqxanalar var və onların çoxlu problemləri mövcuddur: “Orada böyük problemlər var, bir otaqda 7-8 nəfər qeydiyyatdadır. Hökümət Sumqayıtdakı yataqxanalarla bağlı düşünməlidir”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər