Millət vəkili krediti olanlara 3 ay möhlət verilməsini təklif edib

606

“Kommersiya banklarından kredit götürən sahibkarlara və vətəndaşlara 3 ay möhlət verilməsi məqsəduyğun olardı”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Vüqar Bayramov deyib.

V. Bayramov bildirib ki, bununla bağlı dünya təcrübəsində nümunələr var: “3 ay müddətində kreditlərin gecikməsinə görə faiz və cərimələrin yazılmamasını təklif edirəm”.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər