Milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi

500

Ulu Öndər Heydər Əliyevin 1991-ci il 3 sentyabr tarixində deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Naxçıvan MR Ali Məclisinin sədri seçilməsindən 31 il ötür. Məhz həmin gün Azərbaycan xalqının, Azərbaycan dövlətinin taleyində həyati əhəmiyyət kəsb edən həlledici günlərdən biri idi. Bu hadisə müasir Azərbaycanın müstəqillik yollunda atılan ən mühüm və əlamətdar addımdır.

1990-cı ildə Azərbaycan olduqca mürəkkəb situasiya qarşısında idi. Ölkədə qarışıqlıq pik həddə çatmışdı və hər tərəfdən müdaxilələr, təhlükələrlə üz-üzə qalmışdı. Xüsusilə, Naxçıvanın blokadada olması, sosial-iqtisadi durumun zəifləməsi, siyasi oyunlar Muxtar Respublikanın vəziyyətini çətinləşdirirdi. 1991-ci ilin sentyabr ayının 3-də ulu öndər Heydər Əliyevin Naxçıvan MR-in Ali Sovetinin Sədri seçilməsinə qədər mövcud durum davam edirdi.

Müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə Ali Məclisin Sədri seçilən Ulu Öndər həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər sayəsində Naxçıvanda sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail oldu. Ümummilli Liderin rəhbərliyi ilə Naxçıvan MR-də sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı, aqrar islahatlar reallaşdırıldı, infrastrukturun inkişafı yönündə xüsusi işlər həyata keçirildi.

Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa və tərəfdaşlığa əsaslanan ilk rəsmi təmaslar da Ulu Öndərin adı ilə bağlıdır. Blokada şəraitində olan Muxtar Respublikanın inkişafı və sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələrin formalaşdırılması, eləcə də inkişafı yönündə mühüm addımlar atıldı.

Siyasi fəaliyyətinin Naxçıvan dövründə ulu öndər Heydər Əliyev gördüyü işlər, atdığı tarixi əhəmiyyətli addımlarla Muxtar Respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu.

Ulu Öndər Heydər Əliyevin həm sovet dönəmində, həm də ölkəmiz müstəqillik əldə etdikdən sonra rəhbərliyi zamanı xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə xidmətləri misilsizdir. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri danılmazdır.

Beləliklə, 1969-cu ildən başlayan böyük inkişaf və rifah yolu Azərbaycanın gələcək tərəqqisinin əsası oldu. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən işlərin fonunda ölkəmiz sürətli inkişaf tempinə malik oldu və bütün sahələrdə mütəmadi inkişaf göstəriciləri qeydə alındı.

Sevinc Qasımova

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini, Gənclərin İnkişaf və Karyera Mərkəzi Sumqayıt nümayəndəliyinin direktoru

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər