Motosiklet ağır qəza törətdi: qadın öldü, sürücü xəstəxanalıq oldu

1875

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Lent.az xəbər verir ki, Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində Zamiq adlı şəxs sürdüyü “Zontes” markalı motosikletlə yolu keçməyə çalışan qadını vurub. Ağır xəsarət alan 40-45 yaşlı qadın hadisə yerində ölüb. Hadisə vaxtı motosiklet aşıb və xeyli sürünüb. Motosikletin 34 yaşlı sürücüsü ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Hadisə şahidləri vəfat edən qadının adının Mehriban olduğunu deyiblər.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər