MSK-nın iclası keçirilib: 43 saylı Sumqayıt üçüncü dairə seçki komissiyasında dəyişiklik edildi

1302

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

“Report”un xəbərinə görə, MSK-nın bəzi normativ xarakterli aktlarına dair və bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi məsələsi müzakirə olunub.

Normativ xarakterli aktlara dair dəyişiklik barədə MSK katibi Arifə Muxtarova məlumat verib. O, dəyişikliklərin uyğunlaşdırma xarakteri daşıdığını qeyd edib.

Dəyişiklik səsverməyə çıxarılaraq qəbul edilib.

Sonra iclasda bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi məsələsi barədə də MSK katibi Arifə Muxtarova və MSK katibi Mikayıl Rəhimov məlumat verib. 13 saylı Xəzər-Pirallahı, 14 saylı Xəzər, 43 saylı Sumqayıt üçüncü, 67 saylı Cəlilabad şəhər seçki dairələrinin dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər