“Müalicə alan uşaqlardan 18-i bu gün evə buraxılıb” – Baş pediatr

628

Hazırda Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasında rotavirusa yoluxmuş uşaqların müalicəsi davam etdirilir.

“Bu gün Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasından 18 nəfər uşaq evə buraxılıb”.

Bunu Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev Metbuat.az-a açıqlamasında deyib: “Dünənə qədər xəstəxanada 46 uşaq var idi. Bu gün onlardan 18 nəfəri evə buraxılıb. Vəziyyətləri stabilləşib, ciddi problem yoxdur. Qalanları da bir neçə günə evə buraxılacaq”.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin iyunun 12-də yaydığı məlumatda bildirilib ki, Sumqayıt şəhərində uşaqlarda aşkarlanan rotavirus infeksiyasıdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər