Müəllimlərin imtahanında ƏN YÜKSƏK BALI TOPLAYAN xanım kənd müəllimi DANIŞDI: "Hər gün..."

2216

Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbulu üzrə imtahanı keçirilir. Bu gün keçirilən imtahanda bir nəfər – Fidan Hacıyeva ən yüksək nəticəni göstərib.

Riyaziyyat fənni üzrə 60 bal toplayan Fidan Hacıyeva Publika.az-a açıqlamasında sualları cavablandırmaqda çətinlik çəkmədiyini deyib.

“Suallar əzbərçilikdən uzaq, daha çox məntiq üzərində qurulmuşdu, yəni hər gün qarşılaşdığımız testlər deyildi. Amma ümumilikdə imtahan prosesi çox da çətin keçmədi. 7-8 sual üzərində daha çox düşündüm. Vaxtın bitməyinə 1-2 dəqiqə qalmış bütün sualları cavablandırmışdım”.

Hazırda Ucar rayonunda müəllim işləyən F.Hacıyeva bundan sonra Göyçay rayonunda fəaliyyətini davam etdirmək istəyir:

“2010-cu ildə Bakı Dövlət Universitetinin Mexanika riyaziyyat fakültəsini bitirmişəm. Ondan sonra müqavilə əsasında bir müddət Göyçay rayonunda işləmişəm. İki il əvvəl müəllimlərin işə qəbul imtahanında iştirak edib, 54 bal topladım və Ucarda işə qəbul oldum. Lakin özüm Göyçayda yaşadığımdan hər gün Ucara gedib-gəlmək çətin olur. Təxminən hər gün 48 kilometr yol gedirəm, bir-iki saat vaxtımı alır. Vakansiyalara uyğun olaraq Göyçay rayonunda və ya kəndlərindəki məktəbləri seçəcəm”.

F.Hacıyeva müəllimlərin işə qəbulunun imtahanla keçirilməsinin həm şagird, həm də müəllimlər üçün üstünlük olduğunu bildirib:

“İmtahana ixtisasım üzrə xüsusi hazırlıq keçməmişəm, ancaq məntiq üzrə son bir ayda özüm evdə məşğul olmuşam. Bu imtahan savadlı müəllimlərin seçilib məktəblərdə işləməsi üçün yaxşı imkandır. Həm də savadlı müəllimlər savadlı kadrların yetişməsi deməkdir. Çünki bu imtahanlarda biliyə önəm verilir. Biliyi olan da uğurlu nəticə göstərir”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər