Mükafatlandırma gecəsində dəb yarışı – FOTO

2069

Dünən gecə paytaxtın məşhur hotellərinin birində Aqil Məmiyev və Ləman Mirtalıblının layihə rəhbəri olduğu “Azerbaijan Best Awards” mükafatlandırma mərasimi təşkil olunub.

Oxu.Az xəbər verir ki, bir sıra sənət nümayəndələrinin qatıldığı gecə rəngarəng görüntülərə səhnə olub.

İddialı və zövqsüz geyimlərə səhnə olan qırmızı xalı mərasimi ilə başlayan tədbir daha sonra mükafatların verilməsi ilə davam edib.

Xalq artisti Firəngiz Mütəllimova isə gecəyə Çin Xalq Respublikasının milli geyimlərini xatırladan libasda təşrif buyurub. Sənətçi gecəboyu əhvalının yüksək olması ilə diqqət mərkəzində olub.

Müğənnilər Nura Suri, Səbinə Əskərova və Səbinə Babayeva isə gecənin zövqlüləri sırasında yer alıb.

Sevda Yahyayevanın geyimi ürəkaçan olmayıb. Onun narıncı paltarı göz yorub.

Əməkdar artist Naina İbrahimova ənənəsinə sadiq qalaraq gecəyə zümrüd rəngli geyimdə qatılıb. O, dərin sinə dekoltesi ilə diqqət çəkib.

Əməkdar artist Tünzalə Ağayeva fərqli geyimə müraciət etsə də, tələbəsi Samirə Əfəndi daha sadə geyim seçib. Hər iki məşhurun geyimini Gülnarə Xəlilova hazırlayıb.

Xalq artisti Məleykə Əsədova qara rənglıi geyimlə diqqət çəkmək istəsə də, standart obrazından fərqlənməyib.

Tədbirdə Xalq artisti Nazpəri Dostəliyeva və Xatirə İslam yan-yana oturub. Geyimləri və saç düzümü ilə Nazpərinin 90-cı illərdəki görüntüsünü xatırladan Xatirə yenə də parıltılı geyim seçib. Nazpəri isə həmkarlarından fərqli olaraq, şalvar geyinməyə üstünlük verib.

Gecədə bəylər də xüsusi şıqlığı ilə seçilib. Xalq artisti Faiq Ağayev, məşqçi Ceyhun Vəliyev, gürcü müğənni Markus Metrevelli, Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov, gecənin aparıcısı Samir Bayramlı zövqlülər sırasında olub.

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər