Musa Həsənov vəfat edib

2663

Sumqayıt şəhər Bələdiyyəsinin sədr müavini Musa Həsənov vəfat edib.

Musa Həsənov  bir müddət əvvəl koronavirusa yoluxub və aparılan müalicə tədbirlərinə baxmayaraq bu gün vəfat edib.
Qeyd edək ki, Həsənov Musa Süleyman oğlu 12 noyabr 1963-cü ildə anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirib. Əmək fəaliyyətinə 1984-cü ildə Sumqayıt Superfosfat zavodunda fəhləlikdən başlayıb. Həmin zavodun Komsomol komitəsinin katibi vəzifəsində, daha sonra isə Sumqayıt şəhər Komsomol komitəsində şöbə müdiri, Azərbaycan Gənclər İttifaqı Sumqayıt şəhər məclisinin sədri vəzifələrində çalışıb. 1994-2014-cü illərdə

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.

2003-cü ilin dekabr ayının 23-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalına, 2014-cü il dekabr ayının 19-da Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi” adına layiq görülüb. 2014-cü ilin dekabr ayının 23-də Sumqayıt Bələdiyyəsinə üzv, Sumqayıt Bələdiyyəsinin 21 yanvar 2015-ci il tarixli ilk iclasında isə Sumqayıt Bələdiyyəsinin sədr müavini seçilib.
2019-cu ilin dekabrından etibarən Sumqayıt Bələdiyyəsinin üzvü, 2020-ci ilin yanvarından isə Sumqayıt Bələdiyyəsinin sədr müavini vəzifəsində çalışıb.
Allah rəhmət eləsin!

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər