Müşfiq Məmmədli: “Azərbaycan artıq önəmli tranzit ölkəyə çevrilib”

274

Bunu “Ölkə.Az”a açıqlamasında deputat Müşfiq Məmmədli deyib.

Onun sözlərinə görə, Azərbaycanın enerji və logistik  sahədə daha ciddi tranzit ölkə rolu getdikcə daha da artır.

“Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaratdığı reallıqlara uyğun olaraq  regional əməkdaşlıq, xüsusən də logistik potensialın daha da şaxələndirilməsi, zənginləşdirilməsi istiqamətində  aktiv rol oynamaqdadır. Azərbaycan Qərblə Şərq arasında logistik və enerji dəhzlizində önəmli rol oynamaq üçün Mərkəzi Asiya ölkələri ilə daha aktiv əməkdaşlıq əlaqələri qurmaqdadır və bu istiqamətdə  çox müsbət nəticələr əldə edilməkdədir.  Bunun nəticəsidir ki, 2022-ci ilin ilk 10 ayında Azərbaycan ərazisindən keçən ümumi tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artıb. İldə 15 milyon ton yükaşırma qabiliyyətinə malik Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükdaşıma həcminin 25 milyon tona çatdırılması üçün vəsaitin ayrılması nəzərdə tutulur.

Azərbaycan 50-dən çox yük gəmisi ilə Xəzər dənizində ən böyük ticarət donanmasına malikdir. Azərbaycan eyni zaamnda  18 yük təyyarəsi ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. Növbəti 10 il ərzində yük donanmamıza daha 9 təyyarənin əlavə edilməsi nəzərdə tutulub. Tranzit yükdaşımada Bakı-Tbilisi-Qars dəmir yolu çox mühüm  rol oynadığından bu yolda yükdaşımanın həcminin artırılması məqsədi ilə  əlavə 100 milyon dollardan çox sərmayə qoyulması nəzərdə tutulub. Bu da  mövcud  vəziyyətdəki 1 milyon tonluq ötürücülük qabiliyyətini 5 milyon tona çatdırılmasıəna imkan verəcək.

Bununla paralel olaraq gələcəkdə Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində aktiv işlər gedir. Zəngəsur dəhlizi Qərb-Şərq, Şimal-Cənub, Qərb-Cənub istiqamətində yükdaşımanın şaxələndirilməsində və zənginləşdirilməsində xüsusi rol oynayacaq. Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yükdaşımalara hazır olacaq”, – deputat qeyd edib.

O əlavə edib ki, Avazda keçirilən Azərbaycan, Türkiyə və Türkmənistan liderlərinin samiti bu işlərə öz töhfəsini verəcək:

“Artıq bu üş qardaş və dost ölkə nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atıb. Ölkələrimiz arasında bir çox layihələr  həyata keçirilib ki, bunlar da nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. Ölkə liderləri arasında keçirilən görüş təkcə enerji və logistika, ticari-iqtisadi, siyasi, humanitar sahədə deyil, digər  bütün sahələrdə, xüsusən də regional əməkdşalığın inkişafına öz müstəsna töhfəsini vermiş olacaq. Bu eyni zamanda Türk dünyasının  daha sıx əməkdşalığına və inteqrasiyasına geniş imkanlar açacaq. Ümumiyyətlə Azərbaycanla Türkiyə arasındakı strateji müttəfiqlik münasibətləri bütövlükdə Qafqaz, Xəzər bölgəsində deyil, daha geniş formatda  sıx əməkdşalığın yaranmasına, bölgəmizdə sabitliyin  bərpa olunub, inkişaf etməsinə xidmət edir. Biz qarşıdakı dönəmdə bunun bəhrələrini görəcəyik və bu uğurlu siyasət Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artırıb, mövqeyini möhkəmlətməklə yanaşı,  qlobal proseslərdə aktiv rol oynayan ciddi ölkəyə çevirəcək”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər