Müşfiq Məmmədli: Koronavirusla mübarizədə peyvəndləmə ən vacib mərhələdir

572

Azərbaycanda COVID-19-a qarşı vaksinasiya prosesinə start verilib. Bu məqsədlə Sumqayıtda fəaliyyət göstərən səhiyyə müəssisələrində yaradılan vaksin otaqlarında infeksiyaya qarşı kütləvi peyvənd aksiyası həyata keçirilir. İlkin olaraq prosesə tibbi işçiləri cəlb edilib.

Milli Məclisin səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli bu gün Sumqayıtda 5 saylı uşaq poliklinikasında peyvənd olunub.

Vaksinasiyadan sonra mətbuata müsahibə verən Milli Məclisin deputatı özünü yaxşı hiss etdiyini, bu prosesə hamının qoşulmasının vacibliyini vurğulayıb: “Koronavirusla mübarizədə peyvəndləmə ən vacib mərhələdir. Gördüyünüz kimi burada 0.5 ml məhlul vardır. İcra edilən zaman heç bir narahatçılıq olmur”.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib. Strategiyaya uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyyət peyvənd olunacaq. Strategiyanın əsas məqsədi ölkədə geniş yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır. Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və nəticədə səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər