Muxtar Babayev kimyaçı kollektivi ilə vidalaşdı – FOTOLAR

3334

Prezident İlham Əliyevin sərəncamına əsasən, dünən Ekologiya və Təbii Sərvətlər naziri  təyin edilən Muxtar Babayev 8 il rəhbərlik etdiyi “Azərikimya” İstehsal Birliyinin kollektivi ilə vidalaşıb. 

Muxtar Babayev ötən 8 il ərazində uğurlu fəaliyyəti ilə  “Azərikimya”nın çoxminli kollektivinin eləcə də millət vəkili kimi şəhər ictimaiyyətinin, sumqayıtlıların hörmət və rəğbətini qazanıb

Məlumat üçün bildirək ki, Muxtar Babayev 1967-ci ildə Bakı şəhərində anadan olub.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin, Azərbaycan Dövlət İqtisad İnstitutunun və Ümumrusiya Xarici Ticarət Akademiyasının məzunudur.

Əmək fəaliyyətinə 1991-ci ildə Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində başlayıb.

1992-1994-cü illərdə Xarici İqtisadi Əlaqələr Nazirliyinin idarəsində rəis müavini, rəis, 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Xarici İqtisadi Əlaqələr İdarəsində şöbə müdiri, rəis müavini, 2003-2006-cı illərdə ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində rəis müavini, sonradan rəis, 2007-2010-cu illərdə isə ARDNŞ-in Ekoloji məsələlər üzrə vitse-prezidenti vəzifələrində çalışıb.

2010-cu ildən isə ARDNŞ-in “Azərikimya” İstehsal Birliyinin Müşahidə Şurasının sədri vəzifəsində çalışıb.

2010-cu ildə keçirilmiş parlament seçkilərində deputat seçilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər