Muxtar Babayev Sumqayıtda jurnalistlərlə görüşdü – FOTO

1449

“Azərikimya” İstehsalat Birliyində Milli Mətbuatımızın 142-ci ildönümü münasibətilə jurnalistlərlə görüş keçirilib.Xeberle.com xəbər verir ki, “Azərikimya”nın əməkdaşlıq etdiyi Sumqayıt şəhərində fəaliyyət göstərən qəzetlərin, informasiya agentliklərinin nümayəndələrinin iştirak etdiyi tədbirdə ”Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev jurnalistləri qarşıdan gələn peşə bayramları münasibətilə onları təbrik edib. Tədbirdə ötən dövr ərzində “Azərikimya İB-də görülmüş işlərdən, həyata keçirilmiş layihələrdən və perspektiv planlardan söhbət açılıb, media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb. Bayram əhval-ruhiyyəsi üstündə köklənmiş tədbirdə KİV nümayəndələri göstərilən isti münasibətə və mətbuata həmişə açıq olduqlarına görə Birlik rəhbərliyinə təşəkkürlərini bildiriblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər