Muxtar Babayev Tiflisdə Avronest PA-nın iclasında çıxış edib

1921

Azərikimya İstehsalat Birliyinin Müşahidə şurasının sədri, 43 saylı Sumqayıt üçüncü seçki dairəsinin deputatı Muxtar Babayev Tiflisdə Avronest Parlamet Assambleyasının iclasında çıxış edib.

Sumqayitxeber.com xəbər verir ki, fevralın 12-də Tiflisdə Avronest PA-nın siyasi məsələlər, insan hüquqları və demokratiya, həmçinin enerji komitələrinin iclasları keçirilib.
Enerji komitəsinin iclasında Azərbaycan ParlamentininTəbii ehtiyatlar, energetika və ekologiya Komitəsinin üzvü- deputat Muxtar Babayev “Avropa İttifaqı və Avropa Şərq Tərəfdaşlığı ölkələrində enerji səmərəliliyinin artırılması və enerjinin davamlılığı” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə enerji səmərəliliyinin faydaları, artırılması və davamlılığı, növləri və digər məsələlər əksini tapıb.
Sənəddə Avropa İttifaqının və Şərq Tərəfdaşlığı ölkələrinin enerji səmərəliliyi və enerji davamlılığı sahəsində siyasəti, dövlət proqramları, qarşıya qoyduqları məqsədləri və əsas çətinlikləri barədə məlumat verilir, Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı ölkələrinin bu sahələrdəki problemlərin aradan qaldırılması üçün birgə əməkdaşlıq proqramları ətraflı izah edilir.
Sonra Siyasi komitənin iclasında “Şərq tərəfdaşlığı ölkələrində təhlükəsizlik məsələsi və Avropa İttifaqının bu çağırışlara cavabı” mövzusunda məruzə dinlənilib.
Azərbaycan parlamenti nümayəndə heyətinin rəhbəri Fuad Muradov, deputatlardan Rövşən Rzayev, Məlahət İbrahimqızı məruzə ətrafında çıxış edib, ölkəmizin maraqlarına xidmət edən təkliflər irəli sürüblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər