Narkotik satan yaxalandı

703

Həşişin 1 kiloqramını 1000 manata satmağı planlaşdırırmış

Yardımlı rayonundan Sumqayıt şəhərinə narkotik maddə gətirərək onu satmağa can atan Çingiz Amani oğlu Paşayev Sumqayıt şəhər Polis İdarəsinin 2-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində iş başında yaxalanıb. Sumqayıt şəhər Polis İdarəsinin müstəntiqi Elnur Əsədovun ANS-ə verdiyi məlumata görə, o, malları H.Z.Tagıyev qəsəbəsində qablaşdırarkən yaxalanıb, ondan 2 bağlamada narkotik vasitə hesab edilən həşiş aşkar olunaraq müsadirə edilib.
Polisə ifadə verən Çingiz Paşayev narkotiki tanımadığı İran vətəndaşından aldığını deyib. Onun sözlərinə görə, razılaşmaya əsasən əldə ediləcək məbləğ tərəflər arasında yarı bölünməliymiş. Həşişin 1 kiloqramını 1000 manata satmağı planlaşdırırmış ki, hər iki tərəf təxminən elə 1000 manat da qazanmalı olsun. Bu işə nə səbəbdən qoşulduğunu isə saxlanılan belə izah edib: “Özüm sənətkaram, rəngsaz kimi çalışıram. Məni narkotikə calayan isə ona aludə olmağım deyil, ehtiyacdır. Rəngsazlıqda pul yox idi. Evə gedəndə arvad-uşağın üzünə baxa bilmirdim”.

Faktla bağlı AR Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər