Nazim Süleymanov “Sumqayıt”a baş məşqçisi təyin edildi

1459

“Sumqayıt” klubunda prezident Riad Rəfiyevin iştirakı ilə Müşahidə Şurasının növbəti iclası keçirilib.

“Qafqazinfo” kluba istinadən xəbər verir ki, iclasda qarşıya qoyulan əsas məsələ komandanın baş məşqçisinin müəyyənləşdirilməsi olub.

Şura üzvləri Nazim Süleymanovun namizədliyini müsbət qarşılayıb. Beləliklə, adıçəkilən mütəxəssis qarşıdakı 2 mövsümdə “Sumqayıt” FK-nın baş məşqçisi vəzifəsini yerinə yetirəcək.

N.Süleymanovun köməkçiləri yaxın günlərdə müəyyənləşəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər