Nazir Muxtar Babayev Şəkidə vətəndaşları qəbul edib

1573

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, iyunun 29-da ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Şəki şəhərində yerləşən Şəki Olimpiya  Mərkəzində Şəki, Qəbələ, Oğuz və İsmayıllı rayonlarının vətəndaşlarını qəbul edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya bildirilib ki, qəbuldan əvvəl nazir Muxtar Babayev və Şəki Rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Qəbul zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, ətraf mühitin monitorinqi və digər məsələlərlə bağlı vətəndaşların müraciət  və təklifləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərləri üzrə nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

nazir muxtar babayev sekide vetendaslari qebul edib

nazir muxtar babayev sekide vetendaslari qebul edib

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər