Nazirdən Sumqayıtla bağlı əmr: rəis müavini təyin edildi – (FOTO)

2372

Sumqayıt Regional Mədəniyyət İdarəsində kadr islahatları aparılıb.

İdarənin rəis müavini vəzifəsinə təyinat olub.

Belə ki, Mədəniyyət naziri Əbülfəs Qarayevin əmri ilə İlham Əhmədov Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, İ.Əhmədov 1977-ci ildə Ermənistan Respublikasının Qafan rayonunda anadan olub. 1992-1996-cı illərdə S.Hacıbəyov adına Musiqi texnikumunda, 2002-2007-ci illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. 1993-cü ildən 8 il müddətində Qubadlı rayon Uşaq Musiqi Məktəbində tar müəllimi, 2001-2009-cu illərdə Sumqayıt şəhərində yerləşən bir çox klub və mədəniyyət evlərində müdir, direktor, 2009-2014-cü illərdə Qubadlı rayon Mahmudlu kənd Uşaq Musiqi Məktəbində direktor, 2014-2017-ci illərdə Qubadlı rayon Mədəniyyət və Turizm şöbəsində müdir, 2017-ci ildən 2018-ci ilin aprel ayının 23-nə qədər Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Qubadlı rayonu üzrə nümayəndəsi vəzifələrində çalışıb.

Aprelin 23-dən isə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəis müavinidir.

Xeberle.com

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər