Nazirlik Sumqayıtda bu restoranları bağlayacaq – SİYAHI

2547

Müasir standartlara uyğun təmizləyici qurğuları olmayan, atmosferə atılan tullantılarla görə 17 restoran bağlanır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məhkəmə tərəfindən 17 restoranın bağlanması istiqamətində işlər görülür:

“Bunlar Bakıda “Arzu”, “Mega Palace”, “Gilavar”, “Kəndimiz”, “Şahzadə” və “Çanaqqala”, Sumqayıtda isə “Qubadlı”, “Dan Ulduzu”, “Tural”, “Sumqayıt”, “Qərb sarayı”, “Dədə Qorqud”, “Ülvi”, “Love Palace”, “Green house”, “Savalan” və “Səmayə” ictimai iaşə obyektləridir”.

Nazirlik iki restoranı bağladı
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Bakı, Sumqayıt, Gəncə və Abşeron yarımadasında müasir standartlara uyğun təmizləyici qurğuları olmayan, havanı çirkləndirən 292 iaşə obyektlərindən atmosferə atılan tullantılarla bağlı monitorinqlər aparılıb, iki restoran bağlanıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər