Nazirlik: Təxirə salınan dərs günləri məktəblilərin tətilindən çıxılmayacaq

1397

Azərbaycanda hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar təxirə salınan dərs günlərinin məktəblilərin tətil günlərindən çıxılması nəzərdə tutulmur.

Bu barədə “Report”a Təhsil Nazirliyindən məlumat verilib.

Xatırladaq ki, təhsil naziri Ceyhun Bayramovun “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmrinə əsasən, 17-18 yanvar tarixlərində bütün təhsil müəssisələrində dərslər və tədrislə bağlı tədbirlər təxirə salınıb.

Məktəblilərin qış tətili yanvarın 27-də başlayacaq və 31-dək davam edəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər