Nazirlikdə kadr dəyişikliyi

1030

Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr dəyişikliyi olub.

sumqayitxeber.com xəbər verir ki, mia.az-a daxil olan məlumata görə, nazir Muxtar Babayevin əmri ilə nazirliyin Meşələrin İnkişafı Departamentinin direktoru Söhrab Abbasov işdən kənarlaşdırılıb.

Nazir departament rəisi vəzifəsini müvəqqəti olaraq Ağaqardaş Qaraşova tapşırıb.

 Qeyd edək ki, Ağaqardaş Qaraşov buna qədər Meşələrin İnkişafı Departamentinin direktor müavini vəzifəsində çalışırdı.

Xəbəri nazirlik təsdiqləyib. Bildirilib ki, işdən azad edilən Söhrab Abbasova başqa vəzifə verilib. O,  “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-yə sədr müavini təyin olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər