“Nəqliyyat Könüllüləri” ilə növbəti görüş keçirildi

333

Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə ictimai nəqliyyat vasitələrində “Nəqliyyat Könüllüləri” devizi altında maarifləndirici aksiya iştirakçıları ilə görüş keçirildi.
Baş İdarənin rəisi E.Hümbətov çıxışında bildirib ki, ölkəmizdə ilk dəfə olaraq Sumqayıtda ictimai nəqliyyat vasitələrində sürücülər və sərnişinlər arasında düzgün ictimai davranış qaydalarının təbliği məqsədilə yaradılmış “Nəqliyyat Könüllüləri” təbliğat aksiyasını uğurla davam etdirirlər. Qeyd olunub ki, şəhərimizdə tamamilə yenilənmiş nəqliyyat sistemindən sərnişinlərin və sürücülərin təyinatı üzrə qayda və qanunlar çərçivəsində istifadəsi ilə bağlı maarifləndirilməsi müəyyən müsbət nəticələrini verməkdədir. Görüşdə həmçinin könüllülərə fəaliyyət istiqamətləri üzrə müəyyən tapşırıq və tövsiyələr verilmiş, sualları cavablandırılmışdır.
Sonra könüllülər müxtəlif marşrutlar üzrə avtobuslarda maarifləndirmə işini davam etdirmişlər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər