Nigar Camaldan fərqli ifa - AUDİO

880

Müğənni Nigar Camal uzun fasilədən sonra yeni mahnısını təqdim edib.

Open.az xəbər verir ki, hər zamankından fərqli tərzə müraciət edən sənətçi “Səndən uzaq” adlı mahnıyla sevənlərinin qarşısına çıxıb. Onun yeni mahnısı ifaçının yeni istifadəyə verilən rəsmi “Youtube” kanalında yayımlanıb.

Müğənni fərqli tərzdə mahnı ifa etməsini belə izah edib: “Mənim ifamda daha çox dinamik mahnılar yer alır deyə, bu dəfə fərqli bir tərzə müraciət etmək istədim. Mahnıda indiyədək etmədiyim müəyyən azərbaycansayağı boğazlar var. Tamaşaçıların bəyənəcəyini düşünürəm”.

Qeyd edək ki, mahnının sözləri Fərid Pənahova, musiqisi isə Flaminque Recordsa aiddir.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər