“Nigar oğlum üçün film çəkdi, kitab yazdı…” – SUMQAYITLI ŞƏHİD ANASI…

1647

Bu gün səhəri çox acı xəbərlə açdıq. Leykoz (qan xərçəngi) xəstəliyinin ağır formasından əziyyət çəkən tanınmış jurnalist-yazıçı Nigar İsmayılqızı dünyasını dəyişdi.

Onun ölümündən hədsiz kədərlənən insanlardan biri də aprel şəhidimiz Əbdülməcid Axundovun anası Ceyran Axundovadır.

 Sonxeber.az xəbər verir ki, o, Moderator.az-a açıqlamasında ağlayaraq Nigarın şəhid oğlu üçün çox işlər gördüyünü bildirdi:

“Nigarın ölümü hamımızı sarsıtdı. İndi mən onların evindəyəm. Bir az əvvəl dəfn etmək üçün evdən apardılar. Özümüzə gələ bilmirik, yaxınları Nigar üçün nalə çəkirlər. Nigar şəhid oğlum Əbdülməcid üçün çox işlər gördü. Kitab yazdı, film çəkdi. Türkiyədə təqdimat keçirdi. Hələ bundan sonra da işlərimiz var idi, amma çox təəssüf, fələk Nigarı aramızdan çox tez apardı”.

"Nigar oğlum üçün film çəkdi, kitab yazdı..." - Şəhid anası..."Nigar oğlum üçün film çəkdi, kitab yazdı..." - Şəhid anası..."Nigar oğlum üçün film çəkdi, kitab yazdı..." - Şəhid anası...

"Nigar oğlum üçün film çəkdi, kitab yazdı..." - Şəhid anası...

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər