Nobel Sülh Mükafatı cinsi şiddətlə döyüşənlərə verildi

321

sumqayitxeber.com xarici mətbuata istinadən xəbər verir ki, 2018 Nobel Sülh Mükafatı cinsi şiddətə qarşı mübarizə aparan Denis Mukveqe və Nadiya Murada verilib. 

 Denis Mukveqe-  ginekoloq, Panzi Xəstəxanasının təsisçisi, təcavüz qurbanlarına yardım göstərmək sahəsində ixtisaslaşıb. Minlərlə qadını xilas edən ginekoloji xəstəliklərin müalicəsində ən müasir mütəxəssisdir.

Nadiya Murad cinsi köləlikdən qurtulan bir iraqlı insan hüquqları fəalıdır. Cinsi zorakılıq qurbanlarına diqqət çəkmək üçün ictimai iş aparır.

 Bu il mükafata 329 namizəd müraciət edib, onlardan 112-i ictimai və beynəlxalq təşkilatlardır.

2018-ci ildə Nobel mükafatlarının hər biri 9 milyon İsveç kronu (bir milyondan çox ABŞ dolları) təşkil edir.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər