“Oğlunun yasına qırmızı pencəkdə gəldi” – Səmədin birinci xanımı

1251

Xalq artisti Səməd Səmədovun birinci həyat yoldaşı Zərifə xanım “Xəzər maqazin”ə şok açıqlamalar verib. “Qafqazinfo” xəbər verir ki, o, ailəsinin müğənninin indiki həyat yoldaşı İradə Səmədovaya görə dağıldığını bildirib:

“Mənim 16 yaşım var idi, o da əsgərlikdən yeni gəlmişdi. Qaçdıq, ailə qurduq. 9 ay sonra övladımız dünyaya gəldi. 5 il ailəli olmuşuq. Onun indiki xanımı o vaxtlar gəlib dedi ki, murdarçılıqdan  məni azad et, sən gözəlsən, ər taparsan”.

Zərifə xanım Səməd Səmədovun oğlu ilə maraqlanmadığını deyib:

“Səməd, sənin vicdanına nə gəlib? Oğlumu atasının yanına göndərdim, qapını indiki xanımı açıb deyib ki, atan indi məşhurlaşıb deyə gəlmisən? Oğlum mənə qayıdıb dedi ki, ana, sən mənim başımı birinci dəfə yerə soxdun. Ona söylədim ki, atandır, eybi yoxdur. Oğlum da dedi ki, atam evdə idi, amma qapıya çıxmadı”.

O, oğlu Eminin bir müddət əvvəl öldüyünü söyləyib: “Oğlum bir qızın namusunu qorumaq üçün 47 dəfə bıçaqlanıb. Atası oğlumun ölümündən 3 gün sonra yasa qırmızı pencəklə gəldi”.

***

Müğənni Səməd Səmədov birinci xanımının ittihamlarına cavab verib.  O, “Qafqazinfo”ya açıqlama verərək yasa qırmızı pencəkdə getmədiyini bildirib:

“7 nəvəm var, onların canı üçün yasa qırmızı geyinməmişəm. Qırmızı pencəklə yasa gedərlər? Yasa qara və boz rəngli paltarla getmək olar. Mən hər zaman belə etmişəm. Nə danışırsız? Qırmızı pencək geyindiyimi danışan adam , deməli, hər şeyi yalan danışır. Bu qədər”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər