Oktyabrın 1-dən taksi sürücülərindən COVID-19 pasportu tələb olunacaq – Video

705

Oktyabrın 1-dən taksi sürücülərindən də 2-ci doza peyvənd olunmalarına dair COVID-19 pasportu tələb olunacaq.

DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “Xəzər xəbər”ə bildirib ki, taksi fəaliyyəti ilə məşğul olan şəxslər mütləq qaydada koronavirusa qarşı peyvəndin ikinci dozasını qəbul etməlidirlər.

Onun sözlərinə görə, sürücülər immunitet sertifikatı alaraq da sərnişindaşıma fəaliyyəti göstərə bilərlər: “Müəyyən olunan qaydaya görə, taksi fəaliyyəti ilə məşğul olan şəxslər sentyabrın 1-dən 1 doza, oktyabrın 1-dən 2-ci doza vaksinasiyadan keçməlidir”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər