“Ölənlərə diqqətlə baxın” – Peyvənddən imtina edənlərə MÜHÜM ÇAĞIRIŞ

581

Türkiyəli professor Yeşim Taşova koronavirus əleyhinə peyvəndə qarşı çıxanlara çağırış edib.

O, “Peyvəndə qarşı çıxamaqla ən yaxın dostlarını itirən həkimlər var. İnsanlar bunları görməlidir. Daha çox insan peyvənd olunmadan ölüb”, – deyə bildirib.

Türkiyəli professor ölkədəki peyvəndlənmə durumunun nə yerdə olduğunu belə şərh edib:

“Koronavirus epidemiyasına qarşı mübarizə davam edir. Virus yeni variantlar yaratsa da, virusa qarşı ən təsirli silah peyvənddir. Səhiyyə Nazirliyinin məlumatına görə, 18 və daha yuxarı yaşda olanların birdəfəlik peyvənd olunma nisbəti 90 faizi ötüb. Ən azı iki doza peyvənd alanların nisbəti 80 faizi ötüb.

Lakin bəzi ölkələrdə olduğu kimi Türkiyədə də peyvənd əleyhinə etirazlar davam edir. Sosial şəbəkələrdə peyvəndin əleyhinə çıxan vətəndaşlar çoxlarını çaşdırır. Virusun mutasiyasına görə mütəxəssislər tərəfindən peyvəndin 3-cü dozası təyin edilir”.

Profesörden çağrı! ‘Ölen insanlara bakın’

Yeşim Taşova peyvənd dozalarının mərhələləri haqqında da danışıb:

“2 doza peyvənd edildikdən müəyyən bir müddətdən sonra antikor səviyyəsinin azaldığını göstərən araşdırmalar var. Təbii ki, bu, gələcəkdə daha ətraflı izah ediləcək, lakin antikor səviyyəsi azaldığında, birmənalı şəkildə peyvəndin 3-cü dozası verilməlidir. Bu, xüsusilə “Sinovac” peyvəndini vurduranlar üçün vacibdir.

Hətta “Biontech” tərəfindən də peyvəndin 3-cü dozasının vacib olduğu açıqlanmışdı. Hər bir mutasiyaya uğramış variant peyvəndin təsirindən yayınmağın bir yolunu tapmağa çalışa bilər. Ona görə də virus orqanizmə daxil olduqda onun çoxalmasının qarşısını almaq üçün anticisimlər yaratmaq lazımdır və bunu ancaq peyvəndlə etmək olar”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər