Ölkə prezidenti bu kimyaçıları təltif etdi – SİYAHI

778

Məlumdur ki, Azərbaycan prezidenti İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncam aəsasən, Azərbaycanda neft, qaz və kimya sənayesi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə bir qrup şəxs orden və medallarla təltif olunub.
sumqayitxeber.com -un
 verdiyi məlumata görə, təltif olunanlar arasında “Azərikimya” İstehsalat Birliyinin əməkdaşları da var. Əfəndiyev İsrail Orucoğlu, Məmmədov Zakir Abdulla oğlu, Qəhrəmanov Söhbət Oruc oğlu və Niftəliyev Oqtay Niftəli oğlu “Tərəqqi” medalı ilə təltif olunublar.
Dövlət başçısının digər sərəncamı ilə neft sənayesi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü isə Sumqayıtdan “Azərikimya” İstehsalat Birliyinin keçmiş əməkdaşı, kimya sənayesində uzun müddət fəaliyyət göstərmiş, hazırda təqaüddə olan Eyvazov Maqsud Əli oğluna verilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər