Menu
Geri İrəli

​Erməni iddiaları: Azərbaycan torpaqlarının işğal faktını gizlətmə cəhdi – ŞƏRH

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Aprel 2016 • Baxış sayı: 197 dəfə • Şərh yoxdur

Aprelin 2-5-də Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində təmas xəttində atəşkəsin ermənilər tərəfdən pozulması nəticəində baş vermiş döyüşdə verdikləri Ermənistan rəsmiləri müxtəlif vasitələrdən istifadə edərək, gizlətməyə çalşırlar.

Bu məqsədlə onlar müxtəlif xarici KİV-də Azərbaycana qarşı təbilağt aparır, şəhidlərimizin sayı barədə fantastik rəqəmlər açıqlamaqdan belə çəkinmirlər. Ancaq şəhidlrimizin dəfn mərasimi Azərbaycan ictimaiyyətinin iştirakı ilə keçirildiyindən onların sayının gizlədilməsi də mümkün deyil.

Ermənistan Müdafiə Nazirliyi isə həmin döyüşdə itirdiyi silahlılar barədə hər gün yeni siyahı təqdim edir.

Erməni KİV-in məlumatına görə, təmas xəttində vəziyyətin kəskinləşməsi nəticəsində Ermənistan tərəfinin itkiləri rəsmi açıqlanan rəqəmlərdən dəfələrlə çoxdur. Onların yaydığı xəbərə əsasən, öldürülmuş erməni hərbçilərinin sayı 300-dən çoxdur.

“Son günlərdə baş verən döyüşlərin nəticəsində Ermənistan tərəfindən 29 nəfərin ölməsi, 28 nəfərin itkin düşməsi, eləcə də 14 tank, 4 BMP-nin məhv edilməsi barədə rəsmi bəyanat yayılıb. Əlbəttə, ölkə rəhbərliyi arzuladıqlarını reallıq kimi təqdim etməklə siyasi sabitliyi və ölkədəki hakimiyyəti qorumağa çalışır. Amma məntiqli düşünsək, xeyli sual yaranır. Məsələn, zirehli texnikaların ekipajları (hər birində azı 3 nəfər), artilleriya qurğularına cavabdeh olanlar və ön cəbhədə olan şəxsi heyət hara yoxa çıxıb? Bu kimi suallar real rəqəmlər haqqında düşünməyə vadar edir”, – deyə Ermənistan KİV-i yazıb.

Ötən gün Ermənistanın “panarmenia” və “Novosti Armeniya” saytlarında ermənilərin itkiləri barədə iki müxtəlif məlumatın yayılıb. Bu özlüyündə rəsmi Yerevanın itkiləri barədə məlumatı dünya və ölkə ictimaiyyətindən gizlətməyə cəhdlərindəndir. Yaxud ölkə rəsmilərinin bununla bağlı hələ də vahid bir rəqəm müəyyənləşdirə bilmədiklərinin göstəricisi sayıla bilər.

Ermənistan mətbuatı ölkə Müdafiə Nazirliyinə qarşı sərt tələblə çıxış etməkdədir: “Azərbaycan Müdafiə Nazirliyi öz itkiləri haqda açıqlama ilə çıxış etdi. Biz də öz itkilərimiz haqda dəqiq məlumat əldə etmək istəyirik. Ancaq əlimizdə olan məlumatlar tam deyil. Erməni jurnalistləri tibb mərkəzlərindən, kilsələrdən, təsadüfi şahidlərdən məlumat almaq məcburiyyətindədir. Hadisə şahidləri isə dəhşətli şeylər danışır: yaralıları daşımaq üçün helikopterlərin kifayət etmədiyi, yaralıların avtobillərlə daşındığı, qardaşlarımızın yolda öldüyü, xəstəxanaların yaralıları qəbul etmək üçün kifayət qədər həkimi və dərmanları olmadığı bildirilir.

Ermənistanın Müdafiə Nazirliyi niyə rəsmi rəsmi açıqlama vermir? Yoxdur. Kabinet siçovulları ağızlarına su alıblar”.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilibki, razılıq əldə ediləndən sonra düşmən tərəfi həlak olan hərbçiləri barədə mütəmadi olaraq məlumatlar verməklə Azərbaycan tərəfini atəşkəsi pozmaqda günahlandırmağa cəhd göstərir: “Qoşunların təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə tərəflərin əldə etdiyi razılaşmaya Azərbaycan tərəfi tam riayət edir.

Qarşı tərəfin itkilər barədə davamlı məlumatlar verməsinin iki səbəbi ola bilər. Onlar ya gizlədə bilmədikləri əsgər meyitlərini bir-bir ortalığa çıxarmağa məcbur qalıblar, ya da cəbhədə bir neçə gün davam edən döyüş toqquşmaları, gərginlik nəticəsində düşmən ordusunda yaranmış hərc-mərclik, intizamsızlıq və psixoloji stresslər ucbatından baş verən ölüm hallarıdır”.

Ermənistanın başqa bir iddiası isə Azərbaycan hərbçilərinin işğal altında olan torpaqlarını azad etmək üçün istifadə etdiyi texnika ilə bağlıdır.

Bununla erməni rəsmiləri, onları təbliğ edən KİV və havadarları bununla özlərini çox gülünc vəziyyətə salıb. Axı, rəsmi Bakı torpaqlarını nəyin bahasına olursa, olsun azad edəcəyini heç vaxt gizlətməyib. Azərbaycan tərəfi münaqişənin sülh yolu ilə həllinə də tərəfdar olduğunu dəfələrlə bəyan edib.

Bəs belə bir halda ermənilər nə istəyir? Onlar Azərbaycan torpaqlarını işğal altında saxladıqlarını niyə demir? Erməni tərəfi işğal faktını, Azərbaycanın ərazilərinin azad edilməsi barədə BMT Təhlükəsizlik Şuarasının 4 qətnaməsini dünya ictimaiyyətinin diqqətindən yayındırmağa çalşır. Ona görə də Azərbaycanın döyüşdə verdiyi itkilər haqda ağılasığmaz rəqəmlər, istifadə etdiyi hərbi texnika ilə bağlı yersiz iddialar açıqlayır.

Fakt isə budur – Ermənilər Azərbaycanın Dağlıq Qarabğa ərazisini işal edib və o, torpaqları azad edərək, Azərbaycanın öz ərazi bütövlüyün təmin etmək üçün hüquqi, qanuni, siyasi, tarixi, mənəvi və maddi haqqı var. Ermənilərin hədyanlarını yayan və onları dinləyənlər Azərbaycanın ərazisinin BMT tərəfindən tanındığını da bilirlər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın