Menu
Geri İrəli

​Sabah Azərbaycanda təkrar parlament seçkiləri keçiriləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 17 İyun 2016 • Baxış sayı: 391 dəfə • Şərh yoxdur

1443125261_deputatseckiSabah 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Milli Məclisinə təkrar seçkilər keçiriləcək.

“Report”un xəbərinə görə, səsvermə iyunun 18-də saat 08:00-da başlayacaq və 19:00-da başa çatacaq.

Həmin seçki dairəsi üzrə 7 namizəd qeydə alınıb. Namizədlərdən Cavid Osmanov hakim Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edir. O, partiyanın Ağdaş rayon təşkilatının sədridir. Ümid Partiyasının sədri İqbal Ağazadə də bu dairədən namizəddir. Digər namizədlər isə bitərəfdir.

90 saylı Ağdaş seçki dairəsinin 2, 4, 5, 9, 10, 11, 13, 17, 20 və 21 saylı məntəqələrində veb-kameralar quraşdırılıb.

Bötüvlükdə seçkiləri 500-dən artıq yerli müşahidəçi izləyəcək. Seçkilərdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyətinə daxil olan deputat Alan Desteks (Alain Destexhe) və AŞPA-nin Azərbaycan üzrə Monitorinq komitəsinin həmsədrləri, avstriyalı deputat Ştefan Şennax (Stefan Schennach) və rumıniyalı deputat Sezar Florin Preda (Cezar Florin Preda) müşahidə aparacaq. AŞPA-nı təmsil edən, ümumilikdə, 5 nəfər Mərkəzi Seçki Komissiyasından müşahidəçi kimi qeydiyyatdan keçib.

Xatırladaq ki, Azərbaycanda parlament seçkiləri 2015-ci ilin noyabrın 1-də keçirilib. Noyabrın 17-də MSK 90 saylı Ağdaş seçki dairəsi üzrə seçkilərin nəticələrinin ləğv olunması haqqında qərar qəbul edib. Bu qərar həmin dairədə qeydiyyata alınmış digər namizədlərin müraciəti əsasında qəbul olunub. 90 saylı dairə üzrə lider namizəd IV çağırış Milli Məclisin deputatı, “AGBank” Müşahidə Şurasının sədri Çingiz Əsədullayev olub.

Sonra Prezident İlham Əliyev 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Milli Məclisinə təkrar seçkilərin 2016-cı il iyunun 18-də keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın